Poeziya


2019-11-11 14:31:41

Can bazarı

Mükafat Yaqub

Mükafat Yaqub Can bazarı Haqqı deyib sıxılmaqdan üzüldüm, Cana gəldi canım, can bazarında. Bərk sıxıldım, pətəyimdən süzüldüm, Acı oldu balım, şan bazarında. Səbr elə, dinmə, danışma dedilər, Küfr elə, görmə, qarışma dedilər. Şur ilə özləri, haram yedilər, Möhtac oldum tamam, nan bazarında. Hirsindən çalxanıb daşarsa dərya, Dərdini qəvvasa qoşarsa dərya, Qumları sahildə baş...

Davamı

2019-11-07 15:57:15

Məktəb illəri

Səmi

Sinif yoldaşım Məlahət Paşayevaya ithaf olunub Əl ver,birlikdə boğulaq Yaddaşında xatirənin. Alıb,yenidən doğulaq! Bizi,bizə yetirənin, Bu dünyaya gətirənin. Tək istəyi bəsdi bizə. Güzgü tuta qəlbimizə. Qulaq verib,eşit,dinlə. Yolçu olaq biz səninlə. Tut əlimdən ap...

Davamı

2019-10-23 09:37:22

Çat mənə

Mükafat Yaqub

Çat mənə Yaxın bilmə uzağı, Ayaq götür, çat mənə. Yorğunsan, yükün ağır, Çatı götür, çat mənə. Yolumuz çox uzaqdı, Həm dərədi, həm dağdı. Saçımıza qar yağdı, Çətir götür, çat mənə. Çiynində mənim yüküm, İkimizə bir hökm. Gəl əlinə su töküm, Səhəng götür, çat mənə. Çox qırdım ürəyini, Bilmədim gərəyini. Öymədim kürəyini, Qırmanc götür çat mənə. Su...

Davamı

2019-10-16 15:30:13

RAMİZ HƏSƏNLİNİN SÖZ DÜNYASI

Yazarlar.AZ

BİVƏFA DÜNYA Bir əlində cəfa, birində səfa, Heç kim ölümünə tapmayıb şəfa. Ulu peyğəmbərə qılmayıb vəfa, Əzəldən yaranıb bivəfa dünya. Dağlar bu dünyanın alın qırışı, Dəryalar, dənizlər gözümün yaşı. Qəlbində bu uca hikməti daşı, Əzəldən yaranıb bivəfa dünya. Soruş lalələrin qara xalından, İbrət al həyatın qeylü-qalından. Tutma iki əlli haram malından, Əzəldən yaranıb bivəfa dünya. Əzəldən...

Davamı

2019-10-14 19:41:52

Vətən yaralanmış şir

Mükafat Yaqub

Mükafat Yaqub Vətən yaralanmış şir, O tay-bu tay əlləşir. Güman məlhəmdə bişir, Torpaqlar alınmadı?... Vətən bütöv olmadı??? Düşmənləri dost bildik, Obamızda yer verdik. Qarabağı... itirdik… Bizə bu dərs olmadı?!! Vətən bütöv olmadı... “Dağlar dumana qaldı”, Bağlar yamana qaldı. Çöllər samana qaldı, Dərvişə pay qalmadı?.. Vətən bütöv olmadı. Torpağı düşmən aldı, Küçələrdə çoxaldıq. Təsəlli...

Davamı

2019-10-14 05:21:12

İLDIRIM ƏKBƏROĞLU

Yazarlar.AZ

BİR PƏRİ YAŞAYIR BU YER ÜZÜNDƏ (Nəğmə) Gözümü dünyaya açandan bəri, Görmədim sevincdən pay verə biri. Yayıb düz-dünyaya Lalə ətiri, Tanrının şəfəqi,nuru üzündə, Bir pəri yaşayır bu yer üzündə. Kəlamı şirindir,çağır hay verər, Sən ulduz istəsən o,lap Ay verər. Qəlbi şadlandırar,sevinc pay verər, Könlünü oxşayar adi sözun də, Bir pəri yaşayar bu yer üzündə. İldırım,saçları gur şəlalədi, Üzü Günə...

Davamı

2019-10-13 19:33:35

ADİLƏ NƏZƏRDƏN BİR ŞEİR

Yazarlar.AZ

İÇİM ÇÖLÜM PAYIZDI Hər yerdə eyni fəsil, hər yerdə eyni hava. İçim, çölüm payızdı, rəngim də avazıdı… Köç edən durnaların avazına boylanır içimdə rəngi solan gül qoxulu ümidlər. Çölümdə göy üzünün ətəyindən sarmaşan o boz-qara buludlar… Sevmələr, sevilmələr baharda unudulan toz xatirələr kimi… – arada yel gətirir qoxusunu burnuma, havasını alnıma vurur, – duyuram sağam. o an elə bilirəm, bir q...

Davamı

2019-10-13 16:27:14

ETİBAR CAVADDAN BİR ŞEİR

Yazarlar.AZ

DUR GEDƏK Öz doğma yurdumda qərib kimiyəm, Dur gedək bu yurddan, gülüm, dur gedək. Burda ala qarğa bala çıxartmaz, Zülmün qapısına qlfıl vur gedək. Namərdlər qoymadı daş üstə daşı, Talandı yadlara yurdun daş- qaşı, Quruyub didəmin qanlı göz yaşı, Qalmayıb gözümdə daha nur, gedək. Ayrılaq köç edən durnalar kimi, Dərdi şəhid verən Analar kimi, Sularda təklənmiş sonalar kimi, Oxuyaq bəm üstdə q...

Davamı

2019-10-12 12:45:41

SONA YUSİF – ABBASƏLİQIZINDAN BİR ŞEİR

Yazarlar.AZ

DARIXMIŞAM Qayalardan öz atını çapıb gələn, Qarşısına nə çıxıbsa yarıb gələn. Toz – torpağı ora, bura yapıb gələn Xoş ətirli yellər üçün darıxmışam. Sal daşları təbil kimi çalıb gedən, Bənd – bərəni əsir kimi alıb gedən Dərələrdə haray–həşir salıb gedən Səsli, küylü sellər üçün darıxmışam. Qucağında bu həyata göz açdığım, Qədəm basıb, pərvazlanıb tez uçduğum. Dönə – dönə xatırlayıb söz açdı...

Davamı

2019-10-12 11:55:04

ELBRUS QAYALIDAN BİR ŞEİR

Yazarlar.AZ

OĞLUMA NƏSİHƏT Şan-şöhrət axtarma qızılda, zərdə, Tamah çoxlarını salıbdı dərdə. Elinə kömək ol, xeyirdə-şərdə, Yaxşını yamanı duyan ol, oğlum! Elinə, obana həyan ol, oğlum! Arxa ol, kömək ol, kasıba, mərdə, Səndən ilham alsın ər oğlu ər də. Barışıq, sülh olsun, sən olan yerdə, Yaxşılıq etməkdən yorulma, oğlum! Vəfasız gözələ vurulma, oğlum! Məclisə gedəndə yerini tanı, İndi zər qədrini bilə...

Davamı