Poeziya


2018-01-16 14:38:01

“LAZIM”  GƏLSİN...

Zaur USTAC

Ya ağ olub, ya da qara, İstəyirəm, bozum gəlsin... Dar quranlar, salıb tora, İstəyirəm, çözüm gəlsin... * * * Cümlə-cahan batıb qara, Təbiət də çəkib dara, İnsan oğlu möhtac qora, İstəyirəm, Yazım gəlsin... * * * Bixəbər, nanəcib gəlib, Soylu gəlib, nəcib gəlib, Haram gəlib, vacib gəlib, İstəyirəm, “Lazım” gəlsin... * * * Bəşər it...

Davamı

2018-01-14 13:14:00

nəğmə

Səmi

Göydə ulduz sənlə yanar,Nərgizim! Göy də səni ulduz sanar,Nərgizim! Gecələr ay,gündüz günəş səmada Səni gəzər,səni anar,Nərgizim! Sənsiz gül-çiçəklər saralıb-solar. Qızıl gül ətrini iyindən alar. Şirin danışığın,şaqraq gülüşün Donub yaddaşımda,gözümdə qalar! Dünya dursun,canım,sən də durasan. Bu dünyada öz dünyanı qurasan. Ürək olub kiçik bacın Leyliyə, Sinəsində ürək kimi vurasan!...

Davamı

2018-01-06 16:47:40

GÜLSÜN

Zaur USTAC

Gülsün Bir baxıb, baxmamaq olurmu, Gülüm? Dil qəlbin oxusun, göz gözə gülsün... Qaynayıb, axmamaq olurmu, Gülüm? Sözlər gül qoxusun, göz gözə gülsün... * * * Al rəngli tər qönçə bəzək gül üzə, Ruhun mehman ola, gəzək gül üzə, Süz dolsun qədəhlər içək, gül üzə, Üz üzə toxunsun, göz gözə gülsün... * * * Ustacam, söyləməm, heç zaman yarın, Çoxdan cəzbindəyəm, sənin tək yarın, Əgər, ina...

Davamı

2018-01-05 17:00:22

Adini Bilmediyim Xanim

Terane Wahzade./Edalet/

ADINI BILMEDIYIM XANIM Adini bilmediyim xanim derdimin ustune derd getirdi. Bu gun veten ovladlarinin facieli gununde cox kovreldim . Indi bu yazilari aglaya-aglaya yaziram. Evimizin yaninda yazin lap ilk caginda qonsularla gezmeye cixmisdiq. Bu kicik hekayeni ,yalniz ADINI DILMEDIYIM XANIMA yaziram. Biz bir nece xanim gulub eylenirdik .Coxlu letifeler danisib gulusurduk, hamininin tanidigi b...

Davamı

2018-01-04 17:19:22

AĞÇİÇƏYİM

Zaur USTAC

AĞÇİÇƏYİM Qış tüğyan edirdi ömür bağında, Hamı süst yatırdı ağ yorğanında, Qəfil gördüm səni bar budağında, Xoş gördük, GÜN AYDIN, ay Ağ çiçəyim! * * * Dümağsan, qar sənin yanında qara, Tanrım rüsxət verib, baxmayıb qara, Bu, qarlı qış hara, tər çiçək hara, Xoş gördük, GÜN AYDIN, ay Ağ çiçəyim! * * * Əllərim pak deyil oxşayım səni, Həddim o hədd deyil qoxlayım səni, Bağbanam borcu...

Davamı

2017-12-28 12:08:55

Yadımdan çıxıb

Nazir Ziya Talıstanlı

Məni adımla çağır, Adım yadımdan çıxıb. Bu dünyada mən adda Adam yadımdan çıxıb... Dərman mənəm, həkim mən, Dərd birdirmi çəkim mən? Başıma daş töküm mən... Atam yadımdan çıxıb… Gah kal oldum, gah dəymiş, Bilmədim sonu nəymiş. Könlümə Tanrı dəymiş, Xətam yadımdan çıxıb… Bir qurulu dam idim, Bir yaxşı adam idim. Bölünməmiş tam idim, O tam yadımdan çıxıb… Dəydikcə daşa başım, Azalır ağlım, hu...

Davamı

2017-12-28 12:04:58

Ağ donlu bir sevinc istəyirəm mən

Nazir Ziya Talıstanlı

Gecənin qoynunda gəl gülə-gülə, Şadlıqla, sevinclə yüz elə bizi. Körpə gülüşütək, yaz günəşitək, Təzələ ay ilim, təzələ bizi. Yağdır, o tər-təmiz qarını yağdır, Qəlbimiz saflığa bürünə bilsin. İşıqlı gözlərin pəncərəsindən Hamının ürəyi görünə bilsin. Gəlintək bir mavi " Sülh " kəlməsindən, Çəksin gözlərinin sürməsin dünya. Analar dayansın başının üstdə, Qarışıq yuxular görməsin dünya. Gəl, gə...

Davamı

2017-12-24 23:19:04

ŞAMAXI

Zaur USTAC

ŞAMAXI Ağ örpəyin çəkdikcə yel, Al yanağı çıxar üzə... Al yanaqda qara xallı, Gözəllər çıxıbdı düzə... * * * Al don geyib, dörd bir yanı, Bu incini sən də tanı, Şamaxı tək məkan hanı, Bilən varsa, desin bizə.... * * * Nəsimiyə qonaq Ustac, Dünya bircə sözə möhtac, Bu məmləkət dünyaya tac, Gəzib, görmək qalır Sizə... 15.05.2017 - Şamaxı. Müəllif: Zaur Ustac © Zaur USTAC,2...

Davamı

2017-12-21 17:22:06

SÖZ MÜQƏDDƏSDİR

Zaur USTAC

SÖZ MÜQƏDDƏSDİR Dostum, kəmənd ilə tutmazlar sözü, Cələ qur, dilinə qoy özü düşsün... Oynama, qələmlə huydurma – ağac, Elə tut, əlinə qoy izi düşsün... * * * Qələm müqəddəsdir, müqəddəsdi söz, Onların nazın çək, möhnətlərə döz, Gör, sənin ağzına baxır neçə göz, Qələmlə uslu ol, qoy üzə düşsün... * * * Gəldin bu aləmə, ərkanı gözlə, Yaxşı bax ətrafa, dövranı iz...

Davamı

2017-12-21 12:58:59

Naxoş zəmanə

Səmi

Yengə oynar,vuran yeli əsə bilmir. Zaman gəlib,düz əyrini kəsə bilmir. Haram yeyən yoxsa haram yesə bilmir Gün gələcək qan qusacaq?Yaxşı bilir! O,haramı öz ömrünün naxışı bilir! Göy ilə yer bir-birinə asi düşüb. Göyün yerdə,yerin göydə yası düşüb. Hər birinin qulaqıma səsi düşüb. O,da nahaqq,bu da nahaqq,duya bilsən! Bu nahaqqı kainatdan yuya bilsən! Yaxşı-yaman qardaş-bacı olub indi...

Davamı