Poeziya


2019-10-14 05:21:12

İLDIRIM ƏKBƏROĞLU

Yazarlar.AZ

BİR PƏRİ YAŞAYIR BU YER ÜZÜNDƏ (Nəğmə) Gözümü dünyaya açandan bəri, Görmədim sevincdən pay verə biri. Yayıb düz-dünyaya Lalə ətiri, Tanrının şəfəqi,nuru üzündə, Bir pəri yaşayır bu yer üzündə. Kəlamı şirindir,çağır hay verər, Sən ulduz istəsən o,lap Ay verər. Qəlbi şadlandırar,sevinc pay verər, Könlünü oxşayar adi sözun də, Bir pəri yaşayar bu yer üzündə. İldırım,saçları gur şəlalədi, Üzü Günə...

Davamı

2019-10-13 19:33:35

ADİLƏ NƏZƏRDƏN BİR ŞEİR

Yazarlar.AZ

İÇİM ÇÖLÜM PAYIZDI Hər yerdə eyni fəsil, hər yerdə eyni hava. İçim, çölüm payızdı, rəngim də avazıdı… Köç edən durnaların avazına boylanır içimdə rəngi solan gül qoxulu ümidlər. Çölümdə göy üzünün ətəyindən sarmaşan o boz-qara buludlar… Sevmələr, sevilmələr baharda unudulan toz xatirələr kimi… – arada yel gətirir qoxusunu burnuma, havasını alnıma vurur, – duyuram sağam. o an elə bilirəm, bir q...

Davamı

2019-10-13 16:27:14

ETİBAR CAVADDAN BİR ŞEİR

Yazarlar.AZ

DUR GEDƏK Öz doğma yurdumda qərib kimiyəm, Dur gedək bu yurddan, gülüm, dur gedək. Burda ala qarğa bala çıxartmaz, Zülmün qapısına qlfıl vur gedək. Namərdlər qoymadı daş üstə daşı, Talandı yadlara yurdun daş- qaşı, Quruyub didəmin qanlı göz yaşı, Qalmayıb gözümdə daha nur, gedək. Ayrılaq köç edən durnalar kimi, Dərdi şəhid verən Analar kimi, Sularda təklənmiş sonalar kimi, Oxuyaq bəm üstdə q...

Davamı

2019-10-12 12:45:41

SONA YUSİF – ABBASƏLİQIZINDAN BİR ŞEİR

Yazarlar.AZ

DARIXMIŞAM Qayalardan öz atını çapıb gələn, Qarşısına nə çıxıbsa yarıb gələn. Toz – torpağı ora, bura yapıb gələn Xoş ətirli yellər üçün darıxmışam. Sal daşları təbil kimi çalıb gedən, Bənd – bərəni əsir kimi alıb gedən Dərələrdə haray–həşir salıb gedən Səsli, küylü sellər üçün darıxmışam. Qucağında bu həyata göz açdığım, Qədəm basıb, pərvazlanıb tez uçduğum. Dönə – dönə xatırlayıb söz açdı...

Davamı

2019-10-12 11:55:04

ELBRUS QAYALIDAN BİR ŞEİR

Yazarlar.AZ

OĞLUMA NƏSİHƏT Şan-şöhrət axtarma qızılda, zərdə, Tamah çoxlarını salıbdı dərdə. Elinə kömək ol, xeyirdə-şərdə, Yaxşını yamanı duyan ol, oğlum! Elinə, obana həyan ol, oğlum! Arxa ol, kömək ol, kasıba, mərdə, Səndən ilham alsın ər oğlu ər də. Barışıq, sülh olsun, sən olan yerdə, Yaxşılıq etməkdən yorulma, oğlum! Vəfasız gözələ vurulma, oğlum! Məclisə gedəndə yerini tanı, İndi zər qədrini bilə...

Davamı

2019-10-11 19:45:20

ƏBÜLFƏT HEYDƏRDƏN BİR ŞEİR

Yazarlar.AZ

MƏN QƏRİBƏ BİR LAYLA DE AY ANA “Ağbaba” deyəndə sızlayır yaram, Mən qəribə bir layla de ay ana. Qədirsiz-qiymətsiz bir sənətkaram, Mən qəribə bir layla de ay ana. ————— Anam “Qarabağı” vermişik yada, Mərd yıxılıb, nəmərd yetib murada. Mənim dərdim bir dağ olub dünyada, Mən qəribə bir layla de ay ana. ————– Hicran yolumuza çəkibdi hasar. Döyür bizi çovğun, boran, şaxta, qar Dərdi dağıtmağa demə...

Davamı

2019-10-10 18:59:51

İLQAR TÜRKOĞLU AZƏR İSAYEV HAQQINDA

Yazarlar.AZ

AZƏR İSAYEV ailəmizin sonbeşiyi idi. 1992-ci ilin bu günü, 6 oktyabrda Qarabağ uğrunda gedən ağır döyüşlərdə, Ağdərə rayonunun Çıldıran kəndində həlak olub. Sovet ordusu sıralarında tank alayında xidmət keçmişdi. İdmançı, şairlik və rəssamlıq istedadı var idi. Onun “Dağlar” şeirini Sizə təqdim edirəm: DAĞLAR (…şəhadətin şərhi…) Görünməyir ərənlərin, Hey baxırsan yola dağlar. Vətən boyda yaram...

Davamı

2019-10-10 05:50:03

ŞAHMAR ƏKBƏRZADƏD: – OĞLUM…

Yazarlar.AZ

Elturanıma Sənə çatasıdır olan-olmazım- Atadan nə qalsa sonbeşiyindir. Bəxtinə ağ günü nə təhər yazım, Özüm də bilmirəm neyləyim indi?! Qismət miras qalmır atadan, oğul, Qismətdən pay olmaz, qurbanın olum! Hər şeyi pay vermək mümkünmü bəyəm? Heyif ən qiymətli var-dövlətimi, Göyləri dindirən məhəbbətimi Sənə bağışlaya bilməyəcəyəm. Sevgi miras qalmır atadan, oğlum, Ülfətdən pay olmaz, qurbanın ol...

Davamı

2019-10-08 19:54:18

TOFİQ QƏBUL-QARABAĞ AZƏRBAYCANINDIR !

Yazarlar.AZ

Ürəyimdə min bir istək, dodağımda xoş təbəssüm, Vətənim seyr etməkdən doymur könlüm, doymur gözüm, Qəlbi dağlar bir əzəmət, əbədiyyət, səbr, dözüm, Daim döyüş, mübarizə damarlarda coşan al qan, Şəfəqlərdən cilvələnən bir mayakdır Azərbaycan ! Bu da dünya xəritəsi-Odlar yurdum, mavi Xəzər Dünyamızın sinəsində pöhrələnən gülə bənzər. Bakı çıraq, dikilibdir bu çırağa min-min gözlər, Sərvətimin arx...

Davamı

2019-10-08 18:55:22

ZÖHRƏ QARAQIZINDAN BİR ŞEİR

Yazarlar.AZ

ŞAİRİN Könlü bir ümmandı dənizdi, bilsən, Üzməsin kəlməsi sizi şairin. Dərdini, qəmini onunla bölsən, Səninlə ağlayar gözü şairin. Əsirlərdən gələr şairin səsi, Qayalar parçalar odlu nəfəsi. Sönməzdir,çağlayar,coşar həvəsi, Qəlblərə məlhəmdi sözü şairin. Özünü Vətənin zərrəsi sanar, Ulu Yaradanı hər zaman anar. Müqəddəs sevgiylə alışar, yanar, Tükənməz qəlbinin közü şairin. Zöhrənin dilində...

Davamı