Poeziya


2017-11-20 18:02:12

Səni çağırdım

Səmi

Açıb əllərimii çağırdım səni, Gəlmədin. Əllərim havadan asılı qaldı. Boyunu oxşamaq,qucmaq həvəsi Dərdli ürəyimə qısılı qaldı. Bilmədin. Vurdun ürəyimə yeni bir yara. Taleyin qisməti nə acı imiş?! Məni oxşamağın dərdimə çara, Bütün yaraların əlacı imiş.

Davamı

2017-11-18 16:48:49

54 yaşın balladası

Mükafat Yaqub

Mükafat Yaqub 54 yaşın balladası Uzaq yolun yol yorğunu, Əlli dördə çatdı yaşın. Daha vaxtdı, sor sorğunu, Qışdı, yazdı mənzil başın?.. Gecə gündüzə qarışdı, Əyri bir düzə alışdı. Ömür də güzəm balışdı, Dəyişər, hey fəsil başı… Bir də gördün çulğalandı, Dərya kimi dalğalandı. Lapdan enib sığallandı, Lövbər başı, sahil başı… Yolçu, yolun açıq olsun, As...

Davamı

2017-11-18 16:45:08

Tüstülən...

Mükafat Yaqub

Mükafat Yaqub Tüstülən... Uca Savalanın zirvəsində qar, Həsrətin tüstüsü təpəmdən çıxar, Qüssədən inləyir sinəmdəki tar. Tüstülən, tüstülən, tarım, tüstülən, Zirvədə qarıyan, qarım, tüstülən. Arazdan boylanan Səttar vur, deyir. Şəhriyar vur deyir, Sərdar vur deyir, Qəzəbdən Şah babam zəncir çeynəyir. Tüstülən, tüstülən, zorum, tüstülən, Qartalım tüstülən, sarım, tüstülən. Qaldı Qarabağ...

Davamı

2017-11-18 16:41:09

Qiyamət...

Mükafat Yaqub

MÜKAFAT YAQUB Qiyamət Karvan sürür, Dərya köçür. Dan sökülür, Can üzülür. Ömür bitir... Dünya qoşa, Biz tamaşa. Kim səhliyə, Kim alışa, Kim barışa. Bu qovğanı, Hərə bir cür Vura başa. Mən bir fəqir, Zaman təndir. Başım çıxmaz Hiylə nədir. Aman Allah, Bu cütlüyə İman gətir... Karvanbaşı, qafilənin yolu ilğım, Əvvəli yox, ardı gəlir,...

Davamı

2017-11-18 16:36:41

Dünya

Mükafat Yaqub

Mükafat Yaqubov. Dünya... Barışmadım çox işiylə, Dünya məni tora saldı. Ədasıyla, cilvəsiylə, Ağlımı başımdan aldı. Şirnikdirdi, çəkdi düzə, Qarışmadım, durdu üzə. Dişi batmadı cövüzə, Öcünü daşımdan aldı. Əvvəldən durdu qəsdimə, Yetişmədi hax səsimə. İlişdirdi cələsinə, Hesabı yaşımdan aldı. Oynamadım züy səsinə, Sığınmadım kölgəsinə. Keçməsəm də pəncəsinə, Havası başımda qaldı....

Davamı

2017-11-18 16:34:51

Nəsihət

Mükafat Yaqub

Mükafat Yaqub Nəsihət Ay oğul, dünyaya açıq gözlə bax, Halala qane ol, elm, hikmət ara. Yolun başı varsa, sonu da vardır. İtirmə vicdanı düşəndə dara. Səni sevməyənə həqarət etmə, Mərhəmət sən göstər, zəlalət etmə. Etibar çox qazan, xəyanət etmə, Bəxti viranda yox, gülşəndə ara. Çoxları mədh edər şəninə sənin, Aldanma, gözü var dəninə sənin. Yaltağın, xəbisin, əyilənlərin, Ba...

Davamı

2017-11-18 16:33:06

Məni güdən Mən...

Mükafat Yaqub

Mükafat Yaqubov. Məni güdən Mən. Məni güdən Mən, Min nəfərin içində... necə görünürəm Mən?.. Yaxşımı, pismi, yüngül, ağir, ucamı? Şəhərin küçələrində, dağ başında, Kimsəsiz çöllərdə, adam içində yalqız, Necə görünürəm, Mən? Əsəbi vaxtımda, hirsimdən göyərəndə, Güləndə, sevinəndə, ya söylənəndə, Məni necə görürsən, Gəncmi, yaşlımı, əməlli-başlımı?!! G...

Davamı

2017-11-18 16:29:27

Köhnə daxma

Mükafat Yaqub

Mükafat Yaqub Köhnə daxma Mən köhnə bir daxmayam, bəletində paslı at nalı, həyət çəpərində dişləri ağaran, buynuzlu qoç kəlləsi... Köçmüş kəndin tən ortasında, beli əyilmiş, tirkini çökmüş, amma məğrur dayanmağa adət etmiş, qocaman bir daxma… Qonaqlarım köhnə qonaqlar. Köhnə dostlarım təzələnir, hər açılan sabahlar. Məndən uzanır göydələnlərə yollar, m...

Davamı

2017-11-18 16:26:26

Gözlə ürəyini...

Mükafat Yaqub

Mükafat Yaqub İstəməm dərdimə kimsəni şərik, Dərdimin dərdinə o da dərd olar. Qiyməti özündən düşübsə perik, Mirvari yumşalar, iynə sərt olar. Namərdə mərd desən mərd də inciyər, Dərdinə bəs desən dərd də inciyər. Bəxtinə çıxıbsa vərdə inci, zər Dostun üzü gülər, paxıl pərt olar. Dünyanı belində gəzdirənlərin, Cüzdanı şiş olar, iştahı dərin. Yaltağın, xəbisin, hiyləgərlərin, Axırda qənimi y...

Davamı

2017-11-18 16:21:10

İncik

Mükafat Yaqub

İncik Gözün gözü gözə düşüb, Göz vurmağa çarəsi yox. Kabab olub közə düşüb, Köz basmağa yarası yox. Yuxusu çoxdan qarışıb, Günahlarıyla barışıb. İndi şeytana alışıb, Mələklərlə arası yox. Çilik ayna yetim qalıb, Əkiz əksə meylin salıb. Gözündə dünya qaralıb, Öz gözünün qarası yox. Ömrünün xəzan vaxtıdı, Xiftənin azan vaxtıdı, Yolunu azan vaxtıdı, Hayanadı, harası yox... Sonsuz...

Davamı