Poeziya


2017-10-23 05:47:44

Qurd Balasıyam

Furqani

Atam türk oğludur, anam türk qızı, Kim deyə bilər ki, yad balasıyam?! Əslimlə, nəslimlə öyünürəm mən, Bu oğuz elinin şad balasıyam. Bərkə-boşa düşən ər olmuşam mən, Min süzgəcdən keçib durulmuşam mən. Odlar ölkəsində doğulmuşam mən, Alovdan törəmiş od balasıyam. Millətlər içində çəkim var mənim, Namusdan, qeyrətdən yüküm var mənim. Tarixim, keçmişim, köküm var mənim, Mən əsl el oğlu...

Davamı

2017-10-21 19:46:35

QARABAĞ ŞİKƏSTƏSİ

Nəriman Mahmud

Nəriman MAHMUD Ötən əsrin sonunda, Huri, mələk donunda İvanla Con bir olub, Şeytanla əlbir olub Süni ocaq çatdılar, Problem yaratdılar. “Qara qızıl”dan ötrü Var-yoxundan keçdilər, Az-çoxundan keçdilər. Yüz ölçüb, bir biçdilər – Zəhrimar neftdən yana, Dərin şırım açdılar Ulu yurdun başında. (“Ayının min oyunu, Bir armudun başında”) Neçə oğul, neçə qız, On minlərlə günahsız Keçdi şirin canından, Qa...

Davamı

2017-10-20 15:00:47

Sən niyə yaşayırsan?

Adil ZAMAN

Sən niyə yaşayırsan? Bir tanışıma Təpə görüb “dağ” dedin. Qınamıram səni mən; Axı dağ görməmisən. Damcı səsi eşidib, Bulaq bildin bəs nədən – Bulaq da görməmisən?!.. Bakı, 30 may 1979

Davamı

2017-10-20 06:42:31

Məni başqa sev

Fərqanə Yusifqızı

Məni hamı kimi deyil‚ başqa sev. Burax gəl sevdiyin son qadını da. Al gözlərindən ən son baxışını Al gətir‚ alovunu‚odunu da. Məni başqa sev‚ məni bambaşqa sev. Havada uçsun hər dediyin kəlmə.. Hər şey gözəl olsun bir xahiş‚amma‚ Özünü sevdirmə‚ bununçün gəlmə..

Davamı

2017-10-20 06:37:56

Bu payız da tənhayam

Fərqanə Yusifqızı

Bu payız da tənhayam, Saralan yarpaqların, Üşüyən budaqlarda, Lap son qonağı kimi. Bu payız da tənhayam, Xəzan ümidlərimin, Məzarı üzərində, Söylənən ağı kimi.. Alıb xatirələri, Yer tapmıram daşıyam, Öldürəcəm hamısın, Dəli sayağı kimi.. Bu payız da tənhayam, Ətraf qırmızı,sarı, Hər yan xına rəngində, Gəlin ayağı kimi.. Bu payız da tənhayam.. Bu payız da soyuqdu..

Davamı

2017-10-20 06:34:11

Qalarsanmı mənimlə

Fərqanə Yusifqızı

Heç özüm də bilmirəm hardan çıxdın qarşıma, Sən Allah, bundan belə bəla olma başıma, Ürəyim çoxdan susub, baxma cavan yaşıma, Baxma sığal telimə, kirpiyimə, qaşıma, Eləcə uzaqdan sev, axı eşqdən qorxuram, Eşq adlı xəstəliyə bilmədən yoluxaram. Ya sevsəm, ömür boyu sevincimlə, qəmimlə, Qalarsanmı mənimlə? Bəlkə də, incidərəm qəfildən ürəyini, Ya da heç qorumaram evinin dirəyini, Əli...

Davamı

2017-10-19 07:54:25

Sən yadıma düşəndə...

Adil ZAMAN

Sən yadıma düşəndə... Mənsur şeir ...Arzuya bax, sevgilim, Tellərindən incəmi, Soylə, ürəyincəmi?.. Müşfiq Çay bilmişdim səni mən eşidib şırıltını. Sularina baş vurmaq ən böyük arzum idi; gördüm dayaz bir arxsan. Qasırğadan da güclü zənn eləyirdim səni eşidib vıyıltını. Qabağında durmaqçın yüzillik bir palıddan möhkəmlik öyrənirdim; əfsus, adi küləksən – mənim gözümlə baxsan. Səni fəzalar qəd...

Davamı

2017-10-18 13:56:00

Faciə

Adil ZAMAN

Faciə Araz sərhəd olan o gündən bəri Axır göz yaşları Xəzərə sarı. Elə buna görə duzlu olubdur Coşqun dənizimin şirin suları.

Davamı

2017-10-17 10:41:51

BİR GÜN PƏNCƏRƏNİZƏ...

Sultan Mərzİli

BİR GÜN PƏNCƏRƏNİZƏ... Bir gün pəncərənizə, Bir quş çırpar özünü, Çırpınar-çırpınar, dil aça bilməz, Eləcə susaraq deyər sözünü. Sonra sən pərdəni önə çəkərsən, Dumanlar bürüyər quşun gözünü, Pərdələr bürüyər dünya üzünü. Uçar bir quş kimi bir eşqin ruhu, Uçar tərk eyləyər bu yer üzünü, Ulduz işartısı, ayın şöləsi Səpər pəncərənə onun izini...

Davamı

2017-10-17 07:25:38

Mənim baş daşıma

Elşən Ələsgərli

Mənim baş daşıma Bu şəkli vurun Kağız üstündəki O baxışları Qoy baxsın dünyaya Doyana qədər Kağız üstündəki O baxışlarım Qoy yağsın üstümə Qarlar, yağışlar Silinsin illərin İz, qırışları Bəlkə daha cavan Göründüm onda Daha hamar oldu Üz qırışlarım Mənim baş daşıma Bu şəkli vurun Kağız üstündəki O baxışları Gözlərim qüssəli Gözlərim nəmli İllərin şahidi Göz qırışlarım 30.12.2016 Elşən...

Davamı