Poeziya


2017-10-13 20:04:17

Gedirəm

Fərqanə Yusifqızı

Bir söz söyləyib, gedəcəm.. Məni duyanım,əzizim. Dərd ortağım,sonsuz sevdam, Dinlə məni, ruh əkizim.. Hanı odlu baxışların, Hansı külə atəş olub? Mənə dərdiyin çiçəklər Güldandadı, çoxdan solub. Yox,yox giley eyləmirəm, Bir gün gələn,bir gün gedər. Əgər sözlər tükənmişsə, O sevdaya yol görünər. Bu səs,nəfəs,bu baxışlar, Sənə yaddır nə zamandı. Mən gedirəm,eşq donuna Yamaq olmayım amandı. İ...

Davamı

2017-10-12 10:12:44

Məktub

Fərqanə Yusifqızı

Məndən nigaran qalma, Hər şey qaydasındadı Yuxum qaçıb sadəcə Heç bilmirəm hardadı. Evin divarlarından yuxusuzluq tökülür, bayırda dan yeri də sən olmadan sökülür. Yuxu cəhənnəmə e, Dörd tərəfim işgəncə, Yenə iştahım qaçıb, Yaşayıram beləcə. Hara baxsan dərmandı yenə xəstə olmuşam. sevginə bürünürdüm üstüaçıq qalmışam. Quruyub dodaqlarım, indi uçuq-uçuqdu. Sulugözlü olmuşam, Ehh, biabırçılıqdı...

Davamı

2017-10-12 07:17:58

Muşahidələrim

Elşən Ələsgərli

Kuklalar, kuklacıqlar, kuklacığazlar Qulaqlarında qulaqcıqlar olan Kukla kimi oğlanlar, Kukla kimi qızlar. Ağızda saqqız, Març, murç, Rənglı konfetlər Zərli kağızlar. Uzun və rəngli saçlar, Uzun və rəngli dırnaqlar Xınalı əllər, tatulu qollar Silikonlu sinələr, dodaqlar Kuklalar, kuklacıqlar, kuklacığazlar Qulaqlarında qulaqcıqlar olan Kukla kimi oğlanlar, Kukla kimi qızlar. Əldə smartfon, V...

Davamı

2017-10-12 07:14:59

Sənə şer yazacam

Elşən Ələsgərli

Sənə şer yazacam Sənə heykəl qoyacam Çəkib rəsmlərini Eşqimlə boyayacam Adını öz sinəmə Döydürəcəm əbədi Yazacam: “O getmədi! O mənim qəlbimdədi” Xəyallar çox uzaqdı Sənsə xəyaldan yaxın Bircə SMS yazsam Əlim çatacaq sənə 04.08.17

Davamı

2017-10-12 05:02:14

Aman, payız...

Nazir Ziya Talıstanlı

Nazir Ziya Talıstanlı İndicə · Aman, payız... Nə tez gəldi bu payız, Çəmənimə, çölümə. Sarı sükut çilədi Çiçəyimə, gülümə. Ötdü o yaz günləri, Saydım bəyaz günlərı. Ömrün payız günləri Qar ələdi telimə. Bir qız ötdü yanımdan, Can ayrıldı canımdan. Ürəyimdən, qanımdan Şeir axdı dilimə. Gördüm solmuş yarpağam, Bugün-sabah torpağam. Düzdə qalmış ocağam, Yağış döyür külümə. Ömür qısa, yol gö...

Davamı

2017-10-12 04:33:11

Carmino Burana "O Fortuna" ni dinlerken

Şahrun Süleymanova

Yene ters fırlanır feleyin çarxı Ne vaxt düz döndüyün görmüsen axı belke rengleyecek qaranı,aqı Sen gozlemekde ol,"sevilen"Qadin Tale oz yazisin yazib alnina sen hec qesd eleme "shirin "canina zamanin catanda geler yanina, padshahliq taxtindan devrilen qadın Heç üsyan eleme,beledir yazı coxa can atarsan vermezler azı derdle kebinleyib bextini qazı Fetvasi önceden verilen qadın hami bilir bunu...

Davamı

2017-10-11 14:56:43

Təcnis (63 yaşıma)

Nazir Ziya Talıstanlı

Təcnis (63 yaşıma) Nə yaxşı qalmışam, nə yaxşı sağam, Canım nə bərk imiş, daşdanmışam mən. Sellər, sular döyüb dərələr boyu, Bərkiyib, sıxılıb, daşdanmışam mən... Arxam olub “ Ürək “ adlı bu dağım, Tanrım əyib : bu nisgilim, bu dağım. Ömrüm boyu barlı olub budağım, Onunçun həmişə daşdanmışam mən. Bütün dərdlər şairlərin dərdimi? Bağban könlüm heç barını dərdimi? Gizli tutub çox ağrımı, dərd...

Davamı

2017-10-11 10:43:21

Darıxmaq

Fərqanə Yusifqızı

Darıxmaq nədir, deyim? - Hisslərin ən zalımı. Bir anda havalanıb, Küçələrə düşməkdi. Gözünü uzun müddət, Məchulluğa zilləmək. Sonra dərbədər gəzib, Zülüm-zülüm inləmək. Darıxmaq, inan, bəzən Əllərini unutmaq. Yaddaşın qan gölündə Boğulmaqdı, məsələn. Günəş işıq saçsa da, Başına yağar dolu, Gedirsən evə sarı, Azırsan amma yolu. Darıxmaq nədir, deyim? - Darıxmaq eyni ada Təkrar-təkrar dönməkdi. Hə...

Davamı

2017-10-11 10:42:18

Tənha qadın

Fərqanə Yusifqızı

Xəyal qurma boş-boşuna, Suya düşər xəyalların.. Az sənindi, çox istəmə, Qapanmaz ki yaraların... Nəyin var ki bu dünyada Bircə kölgən, bir də adın, Xəyal qurma, özünə gəl, Dərdinlə qal, tənha qadın... Bir kimsənin həniri yox, Zülmət dolar otağına. Qalın geyin, üşüyərsən, Qar yağacaq yatağına.

Davamı

2017-10-11 08:06:24

Qara üzərində ağ ləkələr

Elşən Ələsgərli

Qara üzərində ağ ləkələr Necə də yersiz görünürlər Qara əzəmət rəmzidir Ləkələr də bunu bilirlər Qara ləkə götürməz Ağdan fərqli olaraq Qara həmişə təmiz olar Ağ qaraya yamaq Qara - qaranlığın vəhdəti Ağ - ölüm kimi bəyaz Qarannı sevənlər çox Ağı isə .. çox az Kaint zülmət qaranlıq Yalnız ulduzlar ağ işıq saçar Qaranlıq zamanı gəldisə, Günəş belə, səmadan qaçar 29.08.2017 Elşən Ə...

Davamı