Poeziya


2017-12-24 23:19:04

ŞAMAXI

Zaur USTAC

ŞAMAXI Ağ örpəyin çəkdikcə yel, Al yanağı çıxar üzə... Al yanaqda qara xallı, Gözəllər çıxıbdı düzə... * * * Al don geyib, dörd bir yanı, Bu incini sən də tanı, Şamaxı tək məkan hanı, Bilən varsa, desin bizə.... * * * Nəsimiyə qonaq Ustac, Dünya bircə sözə möhtac, Bu məmləkət dünyaya tac, Gəzib, görmək qalır Sizə... 15.05.2017 - Şamaxı. Müəllif: Zaur Ustac © Zaur USTAC,2...

Davamı

2017-12-21 17:22:06

SÖZ MÜQƏDDƏSDİR

Zaur USTAC

SÖZ MÜQƏDDƏSDİR Dostum, kəmənd ilə tutmazlar sözü, Cələ qur, dilinə qoy özü düşsün... Oynama, qələmlə huydurma – ağac, Elə tut, əlinə qoy izi düşsün... * * * Qələm müqəddəsdir, müqəddəsdi söz, Onların nazın çək, möhnətlərə döz, Gör, sənin ağzına baxır neçə göz, Qələmlə uslu ol, qoy üzə düşsün... * * * Gəldin bu aləmə, ərkanı gözlə, Yaxşı bax ətrafa, dövranı iz...

Davamı

2017-12-21 12:58:59

Naxoş zəmanə

Səmi

Yengə oynar,vuran yeli əsə bilmir. Zaman gəlib,düz əyrini kəsə bilmir. Haram yeyən yoxsa haram yesə bilmir Gün gələcək qan qusacaq?Yaxşı bilir! O,haramı öz ömrünün naxışı bilir! Göy ilə yer bir-birinə asi düşüb. Göyün yerdə,yerin göydə yası düşüb. Hər birinin qulaqıma səsi düşüb. O,da nahaqq,bu da nahaqq,duya bilsən! Bu nahaqqı kainatdan yuya bilsən! Yaxşı-yaman qardaş-bacı olub indi...

Davamı

2017-12-21 06:26:53

TUNCAYA

Zaur USTAC

TUNCAYA Tanrı tutub, ağ torpaqdan mayanı, Gündoğandan Günbatana sənindi! Nişan verib, yeddi günlük Ayını Əksi düşən tüm torpaqlar sənindi * * * Xəzəri ortaya düz qoyub nişan, Boynuna dolanan Hilal sənindi! Ən uca zirvələr, ən dərin göllər Ormanlar, dəryalar, düzlər sənindi! * * * Tanrının payıdı, lütf edib sənə, Tanrıya sarsılmaz inam sənindi! Ataya, Anaya,...

Davamı

2017-12-20 17:11:26

QƏHƏTDİ

Zaur USTAC

QƏHƏTDİ (Zahir qardaşa.) Zahir qardaş deyir, dünya yamandı; “Çobanın əlindən çomaq alandı”, Bütün bunlar, bəhanədi, yalandı, Çomağı bərk tutan, bilək qəhətdi.... * * * Vaz keçməyə bir bəhanə gəzərik, Zəif varsa, orda Ağa – Nəzərik, Qüvvətlini təriflərik, bəzərik, Qaməti şax tutan, ürək qəhətdi.... * * * Ustacam, keçmişəm kip tərəcədən, Söz gərək çıxmasın he...

Davamı

2017-12-20 14:41:16

Nərgizim

Səmi

Bacımın 8-yaşlı nəvəsi Nərgizə Nərgiz mənim ürəyimin parası! Onu necə sevdiyimi bilə kaş! O,anamdır,mən də onun balası. Məhəbbəti mənə qala belə,kaş! Gözəlliyi pillə-pillə qurulub. Yaradanın özü ona vurulub. Yalan dünya gözlərində durulub. Yayılaydı şan-şöhrəti elə,kaş! Şirin səsi dalğa-dalğa yayılar. Gül üzünü görən kəslər bayılar. Səsləyər...

Davamı

2017-12-18 17:35:54

ŞEHÇİÇƏYİM

Zaur USTAC

ŞEHÇİÇƏYİM Tacısan dünyamda tüm çiçəklərin, Köksündən bal süzən, tər Şehçiçəyim... Sehrinə düşmüşəm, nur ləçəklərin, Əqli başdan alan, zər Şehçiçəyim... * * * Cəzbində qalmışam, tamam çar-naçar, Sağımda, solumda çox çiçək açar, Pərvanəyə dönüb, dövrəmdə uçar, Sərrafam, seçmişəm, dürr Şehçiçəyim... * * * Bir kərə, bir anlıq olsa da, vüsal Ruhuma rahatlıq verməyir xəyal, Sonu ölümsə d...

Davamı

2017-12-18 16:47:11

GƏZDİM

Zaur USTAC

GƏZDİM Gəzdim, qarış-qarış VƏTƏN TORPAĞIN, Hər dağda, dərədə izim var mənim! Hələ keçilməmiş, uca dağların, Uca zirvəsində gözüm var mənim! * * * Gəzdim, yorulmadan aranı, dağı, Seyr etdim, ən ucqar çəməni, bağı, Heç vaxt qınamadım zamanı, çağı, Çox bulaq başında üzüm var mənim! * * * Gəzdim, bu TORPAĞI, mən oymaq-oymaq, Ən adi daşa da olmuşam qonaq, Hər otun, çiçəyin halın soraraq,...

Davamı

2017-12-16 17:35:18

DAĞLAR

Zaur USTAC

DAĞLAR <<>> Nədəndi, ürəyim döyünür yenə, Gördükcə hüsnündə məlalı, dağlar?! Yağı cövlan edir, dağıdır yenə, Qoynunda büsatı, cəlalı, dağlar! * * * De, çoxmu çəkərik zülüm-zilləti???? Movcud hal -vəziyyət üzür milləti, Onsuz da düşmənin puçdu niyyəti, Ordumun beşiyi, vüsalı, dağlar! * * * Dünya belə qalmaz, dəyişər...

Davamı

2017-12-15 13:34:27

QUCAĞINI GENİŞ AÇ...

Zaur USTAC

( Gizir Pəncəli Teymurova həsr olunur.) Qucağını geniş aç, gəlirəm Ana Torpaq, Çox döymüşdüm qapını, səhər-axşam taq-taraq, Hər gəlirəm deyəndə, əlimdə vardı bayraq, O qutsal əmanətin, ünvanına yetibdi…. …. Sancmışam Sancağımı, rahat gəlirəm indi…. * * * Səhər-axşam deyərdim, bu canım sənə fəda, Nə olur mənə olsun, təki sən görmə qada, “Komandir yaxşı olsa, ordunu verməz bada”, K...

Davamı