Poeziya


2018-11-29 20:51:20

Sənsiz

Aqil Bəkir

Bir dəstə gül solur evimdə. Solduqca güllərim, günlərim, Qəlbimə dərd dolur evimdə. Boş bucaqlarda axtarıram özümü- Hər bucaqda bir mən var, Amma özüm yoxdu. Məndə bir böyük "sən" var, Fəqət Sənsizliyə dözüm yoxdu. Uzağam səndən, Həm də elə yaxınam ki... Ürəyimdəsən- Hər döyüntüsündə qan olub Axırsan damarımdan. Həyat verir mənə, Üstəlik canımı da alırsan... Yox, sanma ki, şikayətlənirəm, Sanma...

Davamı

2018-11-25 09:54:05

Qayıdım...

Vahid Çəmənli

Bakıdan tərpənim dan söküləndə, Göydə ulduzları seçim, qayıdım. Cəngidən diklənim üzü Şirvana, Ağsu dolayını keçim, qayıdım. Göyçayda nar dərim, çiçək qoxlayım, Ağdaşda dostları bir – bir yoxlayım. Kürün sahilində ayaq saxlayım, Ayna sularına köçüm, qayıdım. Yevlaxdan boylanım Murova sarı, Süzüm zirvəsində bəmbəyaz qarı... Bərdədə sinəmdən atım qubarı, Laləni, nərgizi biçim, qayıdım. Ağdamd...

Davamı

2018-11-23 19:47:01

GÜNEYDƏ GÜNDƏMİ FƏTH EDƏN DEYİRLƏR”Ə DEYİRLƏR (“DEYİRLƏR” MAHNISINA ŞAĞRIŞ)

Şirinxanım Kərimbəyli Şadiman

“Deyirlər”ə ağız büzən, Yoxdu səndə Vətən eşqi! Pozulacaq bir gün düzən, Çox çəkməz zülümün məşqi. Silkələn manqurt deyirlər, Kimliyi arıt deyirlər, Bizlərə Bozqurt deyirlər. Niyə susub çağlamırsan? Bağrımı yandıran, Araz?! Biz yanırıq ağlamırsan, Haqqı dayandıran, Araz! Bütövləş Vətən deyirlər, Ürəkdə bitən deyirlər, Azərbaycan tən deyirlər. Qol götürüb oyna, millət, Rəqs özü birlik sədas...

Davamı

2018-11-23 19:18:56

YARANMIŞIQ BİZ

Şirinxanım Kərimbəyli Şadiman

Kainat nurundan yaranmışıq biz, Hər canın içində bir ruh gizlənir. İşığa bağlanıb dayanmışıq biz, İnsanın tənində nur əzizlənir. Həmən ruh deyilən bir parça odur, Onun enerjisi gəzdirir bizi. İnsan nur xəzinə, bir neçə qatdır, Bəzən bu xəzinə azdırır bizi. Adam öz nuruna etsə xəyanət, Nur onu yandırar ocaqda köztək. Əgər vicdanlarda olsa dəyanət, Dondurmaz qanları açılmaz buztək. Göylər harmony...

Davamı

2018-11-18 16:34:57

NADANLIQ

Zaur USTAC

Urmu axan göz yaşımdı, Yanağımda duz olubdu... Urmu, Urmu söyləməkdən Bağrım başı köz olubdu... * * * Şümürə lənət deyənlər Susuz qoyubdu dindaşın... İnsan insana qənimdi, Günahı nə dağın, daşın? * * * Savalanı dərd qocaltdı, Murov soyuqdan üşüyür... Araz sükütun pozmayır, Kür əlçatana döşüyür... * * * Dəmir Qapım pas atıbdı, Neçə körpüdən keçmirik... Kərkük, Mosul unudulub, Bağdada iraq d...

Davamı

2018-11-03 05:24:13

Payız

Vahid Çəmənli

Könül, qəm eləmə payız yetişdi, Yaşıl yarpaqları soldurub gedər... Süzər gül qoxulu şirin şərbəti, Büllur badələrə doldurub gedər Tənha cığırları alar duman, çən İçdikcə şəbnəmi məst olar çəmən; Xəfif səhər mehi əsdikcə hərdən, Ağappaq örpəyi qaldırıb gedər. Həzin layla çalar payız suları, Oyadar könüldə xoş duyğyları; Yığar cəvərənə heyvanı, narı, Alma budaqların yoldurub gedər. Qızıl libas...

Davamı

2018-10-29 18:25:54

Amanat kişi

Vahid Çəmənli

Təzədən tanıdım mən bu yay səni, Oturduq səninlə bir saat, kişi. Uçduq ömrümüzün xoş anlarına, Açdıq xəyallarda qol-qanad, kişi. Mən cocuq, sən isə ər oğlu ərdin, Kolxozda çox böyük işlər görərdin. Dəmir köhlənlərə həyat verərdin, Cənnətə dönərdi bağ-bağat, kişi. Dilimdə əzbərdi Çəmənli adı, Hamısı qohumdu, eldi, obadı... Qalıb damağımda bal kimi dadı, Turş nar da olurdu marmelad, kişi. Keçmi...

Davamı

2018-10-28 17:04:38

DOQQUZU ON BEŞ KEÇİR...

Zaur USTAC

(Mayakovskidən danışan Xanıma) Danışdıq, gələcəksən... Sən dedin: - “Çalışaram...” Mən dedim: - “Gözləyəcəm...” Səkkizi on beş keçir... Kirpiklərim asılıb, saniyə əqrəbindən Baxışlar mədət umur, saatın məhvərindən... Zamanın kəfkirində yellənir neçə xəyal... Doqquzun yarsı oldu... İstəyirəm, diksinim qəfil qapı zəngindən Ta ki, yaxam qurtarsın bu zamanın əngindən... Çık-çık saat səsində ələnir...

Davamı

2018-10-18 17:49:59

Payız

Vahid Çəmənli

Könül, qəm eləmə payız yetişdi, Yaşıl yarpaqları soldurub gedər... Süzər gül qoxulu şirin şərbəti, Büllur badələrə doldurub gedər Tənha cığırları alar duman, çən İçdikcə şəbnəmi məst olar çəmən; Xəfif səhər mehi əsdikcə hərdən, Ağappaq örpəyi qaldırıb gedər. Həzin layla çalar payız suları, Oyadar könüldə xoş duyğyları; Yığar cəvərənə heyvanı, narı, Alma budaqların yoldurub gedər. Qızıl libası...

Davamı

2018-10-14 11:40:18

Bilmədik

Vahid Çəmənli

Dünyanı tilsimli möcüzə sandıq, Bilmədik cavandı, qoca, bilmədik. Yüyürdük bir tikə çörək dalınca, Yükümüz böyüdü, uça bilmədik. Dedik, bu döngədən o yana düzdü, Qəzaya inandıq, qədərə dözdük... Yorulduq, usandıq, həyatdan bezdik, Qismətdən kənara qaça bilmədik. Çox illər adladıq, çox yollar keçdik, Acının üstündən şərbət də içdik... Sevginin boyuna qəm donu biçdik, Üzünə nur kimi saça bilmədi...

Davamı