Poeziya


2017-11-22 19:27:37

Ömür payım

Səmi

Kamanda inləyən,tarda oxuyan, Gərilmiş,titrəyən sim ola bilsəm, Çalınıb qadanı alardım,gülüm! Öpüşdən uyuyub,şəhvət qoxuyan Xumar gözlər kimi yumula bilsəm, Donub gözlərində qalardım,gülüm! Gəlişin əridər,açar donumu. Üşütməz qəlbimi ya qar,ya yağış. Gedişin gətirər ömür sonumu. Arxana dikilən qəmli bir baxış Sənli sənsizlikdən sənə söz açar. Uçar xəyallarım,keçmişə uçar... Dünyaca bir...

Davamı

2017-11-22 13:25:57

Qadir həkimə

Səmi

Qadir Allah səni qadir yaradib. Kərəmini məndən kəsmə,gətir gəl! Dərdlərimi sən arayıb,aradıb, Dərmanını özün ilə götür,gəl! Yaman olur qocalığın fəsadı. Mən nə saydım,zalım fələk nə saydı?! Dirənəyim,söykənəyim əsadı. Ömür yolum,qardaş,başa yetir,gəl! Olan oldu,keçən keçdi,sözüm yox. Yeni dərdə ürəyimdə dözüm yox. Var olsam da öz içimdə özüm yox. Bu yoxluğu həyatımdan itir,gəl!...

Davamı

2017-11-22 12:07:19

Bilməz!

Səmi

Qovuşub ayrılar kəsişən yollar. Qayidib o yerdə birləşə bilməz! İkidən çox kəsin bildiyi bir şey, Açılar nə vaxtsa,sirrləşə bilməz! Bir gün öz eşqinin oduna yansan, O günü ömrünə ən gözəl gün san! Anadan çaqqal tək doğulan insan Yüz il keçə belə şirləşə bilməz! Ürək nə vəcdə gəl,nə də inildə. Yen qəmi,qüssəni,hərdən yenil də! Torpağın altında qalsa min il də Adi daş,ay Səmi,zərləşə...

Davamı

2017-11-21 14:11:25

Birəbir

Səmi

Mən dünyanin hər üzünü görmüşəm. Dünya özü öz üzünü görə bir! Verdiklərim aldığımdan çox olub. Qismət yazan buna qiymət verə bir! Öz dağımı düzlər üçün düzlədim, Göz dağımı göz önündə gizlədim. Söz yığımı məna verməz,gözlədim, Söz sərrafı ondan çələng hörə bir! Sonsuz dərdə dözüb,dözüb ölməmək, Kişilikdir dərdi yadla bölməmək! Həsrət ilə gözlədiyin ol mələk Gizli gəlib can evinə gir...

Davamı

2017-11-21 10:19:29

İtiyim

Səmi

Cavan oldum,cavanlıqdan doymadım. Dil-dil ötdüm,dil boğaza qoymadım. Eşq yolunda dağı-daşı oymadim. Bisutun tək qayam bərkdir,çapılmır. Yan-yörəmə işıq salmır çırağım, Məhvərindən uzaq düşüb qırağım. Yoxa çıxıb yaşamağa marağım. Çox axtardım,xeyli gəzdim,tapılmır. Ağ atımı minib dördəm çapardım. Yoxa çıxmış itiyimi tapardım. Qismətimi kor fələkdən qapardım, Qapan çoxdur,qapılansa qa...

Davamı

2017-11-21 08:43:43

Gözlə,deyin!

Səmi

Xəstələndim,sağaltmağa Gücü catmaz yüz mələyin. Yolum sonsuz,gedər-gəlməz, Nahaqq yerə gözləməyin. Düzlənmək qismət qəlbimə, Desəm olar əngəl kimə? Dolmamaqçün qəm qəlbimə Tez ağzını büzmələyin. Könül,bu sirri tap,açaq: -"Qiyamət nə vaxt qopacaq?" Axtarıb əcəl tapacaq. Canı ondan gizləməyin! Ölüm həyatdan bac alıb, Həyat ölümlə ucalıb. Ömür köhlənim qocalıb, Qaça bilmir,bi...

Davamı

2017-11-20 19:19:21

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağıya

Səmi

Akif Nağı,girib bitməz işə sən, Yarıtmaz tək qorx ki,yada düşəsən! Bu milləti dişə vurub dişəsən, Lax çıxacaq,çünki millət laxlaşıb. Bu millətdə namus,qeyrət yoxlaşıb. Rəhbərinin sözlərində kəsər yox! Hakimində ədalətdən əsər yox! İgid desən,ərən gəzsən,sus,ər yox! Rüşvətxoru,satqınları çoxlaşıb. Bu millətdə namus,qeyrət yoxlaşıb. Nazirləri öz xalqına kəf gəlir. Yaltaqları ətrafınd...

Davamı

2017-11-20 18:28:59

NƏYƏ DÖNÜB?

Səmi

Gör qocalıb cavan üzün, Qırışlanıb nəyə dönüb. Ləkələnib tər bədənin Buludlanmış göyə dönüb. Nə tez soldu bağça-bağın? Hara getdi cavan çağın? Nəşə verən bal dodağın Tamı itmiş meyə dönüb. Hanı o eşqin, həvəsin? Ətir yayan gül nəfəsin? Şaqqıldayan şaqraq səsin İnildəyən neyə dönüb. Dərdimi bölən deyilsən. Mənimçün ölən deyilsən. Sən əvvəlki sən deyilsən. Üzün məndən niyə dön...

Davamı

2017-11-20 18:02:12

Səni çağırdım

Səmi

Açıb əllərimii çağırdım səni, Gəlmədin. Əllərim havadan asılı qaldı. Boyunu oxşamaq,qucmaq həvəsi Dərdli ürəyimə qısılı qaldı. Bilmədin. Vurdun ürəyimə yeni bir yara. Taleyin qisməti nə acı imiş?! Məni oxşamağın dərdimə çara, Bütün yaraların əlacı imiş.

Davamı

2017-11-18 16:48:49

54 yaşın balladası

Mükafat Yaqub

Mükafat Yaqub 54 yaşın balladası Uzaq yolun yol yorğunu, Əlli dördə çatdı yaşın. Daha vaxtdı, sor sorğunu, Qışdı, yazdı mənzil başın?.. Gecə gündüzə qarışdı, Əyri bir düzə alışdı. Ömür də güzəm balışdı, Dəyişər, hey fəsil başı… Bir də gördün çulğalandı, Dərya kimi dalğalandı. Lapdan enib sığallandı, Lövbər başı, sahil başı… Yolçu, yolun açıq olsun, As...

Davamı