Poeziya


2020-12-01 13:58:05

Qələbə köynəkli Ağdam – Ülkər Nicatlı

Yazarlar.AZ

QƏLƏBƏ KÖYNƏKLİ AĞDAM Müqəddəslik yatır hər qarışında, Övliya nuru var adi daşında. Tanrı işığısan yurd yaddaşında, Belini qırmısan fələyin, Ağdam. <<>> Gördüm yağı bağrın yaranlarını, Vüsala qovuşan yar anlarını. Köksünü üşüdən yaralarını, Vətən oğulları bələyib, Ağdam. <<>> Yollar misra-misra açıb sinəsin, Sözləri kövrəlib Qulu Ağsəsi...

Davamı

2020-11-30 14:33:58

Dizim

Səmi

Dizim dizim olandan, Heç gücünü yoxlamır. Mənim yüküm qırağa, Öz yükünü saxlamır! Ərz eləyim bil,qağa. Arxayın olub ona, Çəkilməz çox yükləri Almış idim çiynimə. Bunu biləndən bəri, Girir yüz cürə dona. Gah titrəyir,gah əsir, Gah da çevrilir simə. Ağrı əhdimi kəsir. Almasam da eynimə, Yaşamaq çətinləşir. Dərdimi deyim kimə? Qocalığın fəsadı Yüz nədir ki,minləşir. Günü-gündən azalır Dizlərimin t...

Davamı

2020-11-30 14:28:35

Yolu başlamaq gərək.

Səmi

Bir yolu getmək üçün, Yolu başlamaq gərək! Yolunu kəsən iti Gördün,daşlamaq gərək! Yoxsa qapacaq səni. Yoldakı maneəni, Bir yol ötən yox ki,bil, Yolu gedən aşmalı. Boşalmasın əl-qolun! Burda nə var çaşmalı? Məgər bu belə deyil? «Yol yolçunun,yolçu yolun!» Əgər çıxsan yolundan, Yolsuzluq tapar səni. O it də qapar səni! Ayılarsan bir zaman, İtirmisən yolunu. Hər cür qüssə,kədər,qəm, Tutublar sağ-...

Davamı

2020-11-20 16:42:17

Xiyal Taciyeva Murasker (Qırğızıstan) Şeirlər

Firuz Mustafa

Yaxşılıq Könlümdə cücərir şirin arzular, Gözümdən getməyir sənin xəyalın. Çöküb ürəyimə ürək sözlərin, Bir sərhəd tanımır sorğu-sualın. Duyuram könlündən gəlib keçəni, Orada bayramdır, bilirəm bunu. Heç kəs bilməyir ki, bu yer üzündə Nə ilə bitəcək əzəlin sonu. Olsun ki, dünyada sənin dünyana Kimsə bələd deyil məndən savayı. Hələ körpəlikdən düşünmüşük ki, Günlər əkiz olur adamsayağı. Mənim...

Davamı

2020-11-20 10:44:19

Vətən və Famil Mehdi

Yazarlar.AZ

Bu gün (20.11.2020) uzun bir ayrılıqdan sonra Ağdama qovuşduq… Şükür Böyük Allahın ədalətinə tamarzı köçmədik bu dünyadan… Bu münasibətlə Ağdamın sayılıb-seçilən ziyalılarından olan Famil Mehdi nin bir şeirini sizlərə təqdim etmək istəyirəm. Ruhu şad olsun… BİR DAHA DEMƏRƏM TAMARZIYAM MƏN Min hava çalınıb könül tarımda, Dünyanın nə çoxu, nə azıyam mən. Fəsillər görüşür duyğularımda, Elin hə...

Davamı

2020-11-17 05:52:30

NƏRGİZ MİRZƏYEVA – QƏLƏBƏ GÜNÜ ŞEİRİ

Yazarlar.AZ

Qələbə Günü Partlayış eşittdik, gecə yarısı, Düşnənin hiyləsi, kələyi dedik. Bu necə səs idi, necə tərpəniş, Əsirmi fitnənin küləyi dedik. Sən demə bir başqa səs idi bu səs Qələbə sevinci, qələbə səsi. İnsanlar oyandı gecə yarısı, Hər kəsin üzündə bayram sevinci, Hər kəsin üzündə bayram həvəsi. Axışdı küçəyə hər kəs sevinclə, Bir insan seli, insan izdihamı. Təbriklər, alqışlar yüksəl...

Davamı

2020-11-16 11:57:05

GÖZÜN AYDIN OLSUN, ŞUŞA

Şirinxanım Kərimbəyli Şadiman

Əsgərimiz səf bağlayıb düzülübdü sıralara, Məlhəm çəkir otuz illik köz bağlamış yaralara, Saf qaliblik sədamızın səsi gedir haralara... Ordumuzun nərəsindən haray düşüb boz dağ-daşa, Azadlığın mübarəkdir, gözün aydın olsun, Şuşa! İndi daha başımız da sinəmizdən qalxacaqdır, Durna gözlü bulaqların durulaşıb axacaqdır, Nər oğullar yağıların axırına çıxacaqdır, Açsın qoynun “Cıdır düzü” soy bildiyi...

Davamı

2020-09-22 15:49:16

Zaur Ustac - Məşəqqət şeiri

Yazarlar.AZ

(…hər səhər…) Yenə çalardan qabaq Açıram gözlərimi… Aman Allah, hardayam? – Qucuram dizlərimi… * * * Elə həmən yerdəyəm; – “Göyün yeddi qatı”dı, Hələlik “Koroğlu”yam, Atım, onun atıdı… * * * Özüm də “Çənlibel”də Duman, çənə düşmüşəm, Səhərədək yuxuda Bişirmişəm, bişmişəm… * * * Elə həmən qatdayam; Öz evim, öz otağım, Simurq kimi dözümlü, Qu qanadlı yatağım… * * * Sol qonşu...

Davamı

2020-09-14 20:25:52

YER CƏZA YERİDİR ŞEİRİ - ZAUR USTAC

Yazarlar.AZ

YER CƏZA YERİDİR! Ey insan, unutma; Almanı xatırla, Adəmi xatırla, Həvvanı xatırla! * * * Ey insan, unutma; Əzanı xatırla, Qəzanı xatırla, Cəzanı xatırla! * * * Ey insan, unutma; Yer cəza yeridir! Yer cəza yeridir! Yer cəza yeridir! 14.09.2020. Bakı. Müəllif: Zaur Ustac YZARLAR.AZ =================================================== ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD...

Davamı

2020-09-14 20:23:15

CAN OLDUN BANA - Yahya Azeroğlu

Yazarlar.AZ

Hasret çöllerinin umut yolunda Cansız bedenimde can oldun bana Hasta vücudumun yorgun solunda Kansız damarımda kan oldun bana Arzu yumağında sarmalanırken Duygu okyanusum dalgalanırken Sevgi girdabında çalkalanırken Alnımda bir şeref şan oldun bana Gücü kaybolunca pençelerimin Konusu sen oldun hecelerimin Sensiz geçen uzun gecelerimin Karanlıklarında tan oldun bana Bu gün bir başka hoş...

Davamı