...
  • Nelli
  • Nurəddin ƏDİLOĞLU
  • Nurəddin ƏDİLOĞLU.
    NELLİ
    (hekayə)
    Ötən əsrin səksəninci illərinin ortaları idi. O vaxtlar “Komsomolskaya pravda” qəzetinin redaksiyası Moskvanın “Pravda” küçəsindəki nəşriyyatda yerləşirdi. “Mən qayıdacağam...” sərlövhəli tənqidi məqaləmin rusca əlyazmasını oxuyandan sonra qəzetin əməkdaşı dərindən köks ötürüb, mənə Bakıya qayıtmağı məsləhət gördü: “Probleminizi həll etmək üçün yazınızı məktubuma əlavə edib respublika gənclər ittifaqının mərkəzi komitəsinə göndərəcəm...” Mən etiraz etdim. “Bu təkcə mənim yox, kommunist olmayan yüzlərlə ali təhsilli gənclərin problemidir-dedim,- iş tapmadıqlarına görə coxu vətəni tərk edib qürbətə üz tutur...”
    Ümid yeri bilib üz tutduğum Moskva sən demə dünyanın ən böyük kəndistanı imiş... Redaksiyadan çıxıb taksi ilə paytaxtın Riqa vağzalına gedərkən belə düşünürdüm. Pulumun qalığını tələb edəndə taksi sürücüsü eynən Bakıdakı həmkarları kimi üzümə tərs-tərs baxdı və qapını çırparaq getdi.
    ...O gün qatarla Riqaya yola düşdüm. Avropa şəhərlərini xatırladan Riqanın mərkəzi dəmiryol vağzalından taksilə mənzilbaşına yollandım və bu dəfə pulumun qalığını almadan getmək istədim. Taksi sürücüsü: “Mən dilənçi deyiləm, pulunuzun qalığını götürün!”- dedi. Hə, bax, belə şəhərdə yaşamağa dəyər, dedim. Axı cəmiyyətdə kasıbçılığı yaradan amillərdən biri də insanların qazancının tamahkar adamlar tərəfindən mənimsənilməsidir. Belələri isə bizdə adi taksi sürücüsündən, mağaza müdründən, həkimdən tutmuş prokurora, rayon rəhbərinəcən mövcud idi.
    ... Riqanın eyniadlı rayonunda pasport və hərbi qeydiyyatına düşmək üçün vur-tut üç qərənfil hədiyyə verdim. O zaman Bakıda belə məsələni üç-dörd min manata, yəni o vaxtkı kursla dörd-beş min dollara həll etmək olurdu. Üstəlik rüşvətsiz işə düzəlmək də, mənzil almaq da çox müşkül idi.
    Riqaya gəlməkdə iki məqsədim vardı, kommunist bileti alıb bir-iki ilə geri qayıdaraq rüşvətsiz işə düzəlmək və burada qaldığım müddətdə anamın əmisi oğlu Abusəməd dayının Nelli adında qızı ilə görüşmək! Kommunist olmaq fikrimdən məni işə düzəldiyim “Uzvara” qənnadı fabrikinin fəhlələri daşındırdı. “Bu sistem dağılacaq, sizlər də, bizlər də rus işağılından azad olacağıq...” Sıravi latış fəhləsinin uzaqgörənliyinə uzaqbaşı beş-altı ildən sonra heyrət edəcəyimi ağlıma gətirmirdim də. Onlarsa çox sadə üsulla məni ələ aldılar. “Əgər kommunist olmaq fikrindən vaz keçsən, “Dauqava” komandası ilə Riqadakı futbol oyununda biz hamımız sizin “Neftçi”yə azarkeşlik edəcəyik! Elədilər də. Hətta Riqa stadionunda məndən öyrəndikləri “İrəli”, “Hucuma”, “Qol vurun!” kəlmələrini ayağa qalxıb xorla qışqırdılar da... Sonra bu fəhlələrin 7 Noyabr, 1 May paradlarında SSRİ-nin gerbi olan bayraq və transparatları görürməkdən imtina etdiklərinə də şahid oldum.
    Ayın ortasında və sonunda aldığımız məvacib üst-üstə raykom katibinin aldığı aylıq maaşdan da çox idi. İlk məvacimi alcaq paytaxt Riqadan yüz əlli kilometr qərbə, Latviyanın mirvarisi adlanan Kuldiqa şəhərinə yola düşdüm. Nelli bu şəhərdə yaşayırdı. Məndən on bir yaş böyük olan və otuz səkkiz yaşını doldurmuş Nelli doğma atasının üzünü də görməmişdi. Abusəməd dayımin isə ürəyinə dammışdı ki, Nelli onu ata kimi qəbul etməyəcək. Ona görə Nellinin razılığın alan kimi, dayıma teleqramla “gələ bilər” ismarıcı yollayacaqdım...
    Ata ilə qızın bir-birindən belə uzaq düşməsinə səbəb nə idi? Yaxın qonşumuz Əsəd Şahverdi oğlu ilə birlikdə Abusəməd dayı müharibədən sonra düz iki il Latviya meşələrində Sovet hökümətinə tabe olmayan latış silahlı dəstələri ilə döyüşmüşdü. Stalinin yaratdığı cəza ordusunda Puşkin (indiki Biləsuvar) rayonundan İbiş adlı bir nəfər siyasi rəhbər imiş. İbiş müharibəyə kimi rayon kimsomol komitəsində katib vəzifəsində çalışırmış. Abusəmədin atası Ocaqverdi kişi də kolxoz sədri idi. Müharibə başlayanda oğlunu, sovet sədri işləyən gənc qardaşı oğlunu, yəni mənim doğma dayım Ağədədə Qəhrəman oğlunu və neçə-neçə qohum-əqrabasını cəbhəyə yola salmışdı. Ağadədə dayım Sevastopol uğrunda döyüşdə həlak olmuşdu.
    Kəndimizdən müharinəyə gedən yüz əlli nəfərdən yetmiş üçünün geri dönmədiyi barədə hələ orta məktəbdə oxuyanda rayon qəzeti üçün kiçik məqalə yazmışdım. Kənd qəbiristanlığının girəcəyində isə onların adları yazılmış lövhə qoyulmuşdu. Atam dediyinə görə qəbristandakı ölülər üçün oxunan dualardan müharibədən qayıtmayan həmin yetmiş üç nəfərin də ruhlarına çatır.
    ...Elə ilk dəfə ata-anamdan eşitmişdim ki, Abusəməd dayı Latış müqavimət hərakatı ilə savaşda yaralanıb, hərbi hospitalda müalicə olunduğu zaman gənc şəfqət bacısı ona aşiq olub... Nelli dünyaya yenicə göz açanda ordudan tərxis olunan dayım Əsədlə yeddi il ayrılıqdan sonra vətənə yola düşür. Alman və latış dillərini gözəl bilən İbiş isə ailə həyatı qurduğu qadınla Riqada qalır. İllər sonra Nelli ilə rastlaşan İbiş Abusəməd dayıma məktub yazır ki, məzuniyyətə çıxanda Riqaya gəlsin. Altı oğul və bir qız atası olan dayım kəndin sayılıb-seçilən ovçularından biri kimi ad çıxarmışdı, sovxozun mühasibatlığında işləyirdi.
    Yeddi illik əsgərlik həyatı ona həddən-ziyadə nizam-intizamlı səliqə-səhmanlı, işində məsuliyyətli olmağı öyrətmişdi. Bu xarakterinə görə tay-tuşları ona Con deyə müraciət edirdilər. Əgər nəbələd adam onu ilk dəfə görsəydi, ya Qərbi Avropalıya, ya da Şimali Amerikalıya oxşadardı. Payızda-qışda kəndimizin yolları palçıq olanda elə yeriyərdi ki, ayaqqabılarının ucu da palçığa bulaşmazdı. Yolu gedə-gedə sevdiyi mahnını astadan zümzümə edərdi. Yerli fabrikdə tikilən kostyumları əynində elə oturardı ki, baxan deyərdi xaricdə istehsal olunub.
    Nelliyə göstərmək üçün Abusəməd dayı ilə qoşa çəkdirdiyim şəkli də özümlə götürmüşdüm. Kuldiqa şəhərində İbiş kişinin ünvanına yollandım. Şənbə günü idi. O məni qarşılayandan sonra qonaq otağında arvadı və qızı ilə birlikdə oturub böyük maraqla televizorda canavarla döşanın sərgüzəştlərindən bıhs edən cizgi filminə baxmağa başladı. Və dəfələrlə qəhqəhə çəkib ucadan güləndə içimdən qəribə hisslər keçə-keçə mən də lal-dinməz oturub cizgi filminə baxmalı oldum. Cizgi filmindən sonra çay süfrəsi açıldı, ortalığa əsgərlik albomu gəldi. İyirmi iki, iyirmi üç yaşlarında çəkdirdikləri ağ-qara şəkillərdə Abusəməd dayı eynən oğlu Əlizaminə, Əsəd kişi isə məndən bir yaş böyük oğlu Qalibə oxşayırdı. İbiş kişi çay içə-içə xeyli maralı söhbət etdi. Dedi ki, Stalinin cəza dəstəsində latışlara qarşı döyüşdüklərinə görə Riqada yaşamaq ona çox çətin olub. Paytaxdakı evində indi oğlu yaşayır, özü isə gözəl, səfalı təbiət qoynunda olan Kuldiqaya köçüb. Hər səhər təmiz havada idman geyimində yaşı qırxı haqlayan qızı ilə yüngül qaçışla məşğul olur...
    Bir neçə saatdan sonra İbiş kişi məni Nelli ilə görüşdürdü. Nelli Kuldiqa Aqrar-Sənaye kombinatında tikinti şöbəsinin müdiri idi. Fərdi avtomobili, bağ evi, iki qızı vardı. Amma əri ilə “müharibə” vəziyyətində yaşayırdılar. Nelli ondan boşanmağı qərara almışdı. Bu xəbəri mənə deyəndə azacıq yanaqları qızardı. Qapqara gözləri, qismən uzun saçları vardı. Çənəsindəki və yanağındakı çuxurlar mənə Abusəməd dayının Zeynəb qızını xatırladırdı. Klassik şairlər belə çuxura zənəxdan deyiblər. Nelli dayımın böyük oğlu Ocaqverdi müəllimə, yəni atabir qardaşına da çox oxşayırdı. Mən ərklə:
    -Atanla görüşə kimi boşanma işini təxirə salsan yaxşı olar!
    O, təəssüblə “Ata!” deyib susdu. Sonra “Atam” - deyib, bu dəfə rişxəndlə gülümsündü: - İlk dəfə bu kəlməni birinci sinifə gedəndə mənə çanta və əlifba kitabı alan şəxsə demişəm...
    İbiş kişi ona atasının şəklini göstərib: - Bax, gör sənin necə gözəl atan var, elə bil hər səhər idmanla mən yox, bu məşğul olur, bədənində bir qram artıq çəki yoxdur.
    - Görünür, anam da onun bu gözəlliyinə vurub, amma qaraqaş, qaragöz olduğuma görə atalığım da, tələbə yoldaşlarım da məni yəhudi qızı bilərdilər.
    Tanışlığımızı yüngülcə qeyd etsək də Nelli dayımla görüşməyə əsla razılıq vermirdi. İbiş kişi də şən söhbətlər edib, onu güldürüb yumşaltmağa çalışırdı. Necə oldusa Nelli Qara dəniz sahilində sonuncu dəfə istirahətə gedəndə başına gəlmiş bir əhvaltdan söz açdı. “Qaz-24” markalı maşını özü idarə edirmiş, qızları arxa, əri qabaq oturacaqda söhbət edə-edə Batumiyə az qalmış yolda yeniyetmə uşağı vurur. Yaralı uşağı təcili xəstəxanaya aparır. Uşağın valideynləri Nellidən şikayətçisi olmasalar da, gürcü avtomobil müfəttişi onu çək-çevirə salır. Nelli deyir, birdən necə oldusa əlimi uzadıb maşının qabaq mücrüsündən istirhət üçün ilboyu yığdığm pulları götürüb ona verdim. O da gülümsünərək sənədlərimi qaytarıb bizə həm gürcücə dost, rusca “Yaxşı yol” dedi.
    Söhbətin bu məqamında mən ondan üzr istəyib sözünü kəsdim. Dedim: -Nelli, əgər sənin damarlarından dayımın qanı axmasaydı, ürək edib müfəttişə rüşvət verə bilərdinmi? İndi de görüm, belə bir kişi ilə görüşməkdən heç imtina edərlər?
    O, gülə-gülə əllərin qaldırıb: - Mən təslim,- dedi, -qoy gəlsin!..
    Bazar gün Riqaya dönüb Mərkəzi poçdan dayıma teleqram vurdum. Aradan bir ay keçməmiş kirayə qaldığım evin sahibəsi Anna Nikolayevna sərxoş halda və təşviş içində mənə teleqram gəldiyini bildirdi: “Məni bağışla, hara qoyduğumu bilmirəm. Kimsə sabahkı Bakı –Riqa reysi ilə gəlir, sən onu qarşılamaq üçün aeroporta getməlisən!..”
    ...Sübh tezdən Riqa hava limanına yollandım. Gələn atam idi. Həyat yoldaşımla mənim bir cüt qız balam da onunla gəlmişdilər.
    -Bəs Abusəməd dayı? –deyə soruşdum.
    -Teleqramı alan kimi halı çox pisləşdi. Xəstəxanada yatır,-dedi.
    ... Bəlkə dayım sevincindən infarkt keçirmişdi? Bəlkə də dünyasını dəyişmişdi. Amma nə atam bu barədə bir söz dedi, nə də mən soruşmağa özümdə cürət tapdım...
    Çox pərt olmuşdum. İbiş kişi ilə zəngləşib, Riqaya oğlugilə gələndə görüşsəm də Nellini bir daha görmədim, demə, Kuldiqa şəhərində onunla ilk görüşümüz həm də sonuncu olacaqmış...
    ...Bu Novruz günü kənd qəbristanlığında Abusəməd dayının, oğlu Ocaqverdi müəllimin məzar daşına baxanda yenə Nellini düşündüm. Və pıçıltıyla özüm-özümdən soruşdum: “Görəsən Nelli sağdırmı?”
    İçimdəki səs cavab verdi ki: “Bu dünyada xatırlamalı kimsən varsa, demək, sənin üçün o, sağdır hələ də!..”
    27. 03. 2016.
  • oktyabr 2017, Nurəddin Ə.

  • 19
Vətən.

Hüseynova Şümşəd

Bəli, biz bir gün vətənpərvər oluruq. Sadəcə bir gün faciələri xatırlayır və onu belə layiqincə yerinə yetirmirik. Bu sözlər, təbii ki, hər kəsə aid deyil.......

Nağıl № 136

Cəmilə Allahverdiyeva

Mart! Xoş gəldin!.. Heyf, qüssəli idim, Pişvazına çıxa, Gəlişinə Sevinə bilmədim. Yox, yox, Sən vaxtında gəlmisən... Məni soruşsan, Mən,- Mən insanlığa dair Nisgillərimi, Umu-küsülərimi, Arzumun......

Qarışqa Tələsi

Firuz Mustafa

Qarışqa Tələsi (İki hissəli dramatik komediya) Iştirakçılar: Xanış Amirə Boran Delfinə Birinci hissə Təbiətin mənzərəli guşəsi. Öndə rəqs meydançası. Arxada sanatoriya evciyi (kottec).......

Unudulmayacaq sənətkar xatirələri

Anar Ərtoğrul Burcəliyev

Xalq artisti Məhəmməd Burcəliyevin əziz xatirəsinə Elə səhnə ustası var ki, onun sənət yolu bir teatrın yaradıcılıq yoludur, səhnəyə gətirdiyi hər bir yenilik teatrın yeniliyidir.......

Mədəniyyətimin beşiyi Gəncə

Anar Ərtoğrul Burcəliyev

Hələ Xıx əsrin sonlarında Gəncədə həvəskarlardan ibarət teatr truppası fəaliyyət göstərirdi. 1895-ci ildə yerli həvəskarlar Mirzə Fətəli Axundzadənin “Hacı Qara” pyesini tamaşaya qoymağa müvəffəq oldular.......

Köhnə yaşıma sözardı, yeni yaşıma sözönü

Firuz Mustafa

Maarifçilər də qiyamçıdır, amma... Ad günü də deyən var, doğum günü də... ... Bəli, mən fevral ayının 18-də doğulmuşam.......

Qısa bioqrafiya. Nəşr edilmiş və tamaşaya qoyulmuş əsərlərinin natamam siyahıs...

Firuz Mustafa

Qısa bioqrafiya. Nəşr edilmiş və tamaşaya qoyulmuş əsərlərin natamam siyahısı (Firuz Qədimаlı оğlu Mustаfаyеv) nasir, dramaturq, filosof Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Həyatı......

Necə sevməyim səni?

Hüseynova Şümşəd

Sən Tanrının qulusan Canımdan bir parcasan Sevgi yalan bir oyun Düşünərdim bir zaman Sevgini sən öyrətdin ......

Qum Saatı

Firuz Mustafa

Detektiv “Teatr Bakı-2020 “Teatr Meydanı” Redaktor: H.Hüseynova Bədii tərtibatçı: A. Mustafayev Kitaba yazıçı nın detektiv......

“O dağlar bizi bağışlamayacaq. Əgər...”

Firuz Mustafa

Cavanşir Cahangirov haqq dünyasına qovuşdu 37 rəqəmi məni həmişə diksindirir... İndi Cavanşir Cahangirovun vəfatı xəbərini eşidib çox mütəəssir oldum və......