Tədbirin başlama tarixi: 2018-12-17 14:21:14

Tədbir haqqında


“Sonuncu Əsr” MGK təqdim edir!

2017-ci ildə keçirilən hekayə yarışmasına olan marağı görərək daha bir hekayə yarışmasına start veririk! Gənc və istedadlı yazarlarımız,eləcədə bu sahədə özünü sınamış cəsur həvəskarlar müxtəlif mövzularda yazdıqları hekayələri “info@sonuncuesr.com” email ünvanına göndərərək yarışmamıza qoşula bilər.

Bizim hekayələrə qoyduğumuz tələblər isə belədir:

1.Hekayələr maksimum 15 səhifədən artıq olmamalı

2.”Times New Roman” şrifti ilə 14 yazı ölçüsündə yazılmalıdır.

3.Hekayələr istədiyiniz janr və mövzularda yazıla bilər.Dini, qeyri-etik və siyasi motivli hekayələr isə qəbul edilməyəcək.

4.Hekayələr daha öncə hər hansı bir şəkildə yayınlanmış olmamalıdır.

Hekayələrin qəbulu 17Noyabr 2018-tarixində başlayır və 17 Dekabr 2018-də isə yekunlaşır.Qalib 31 Dekabr-da elan ediləcək, qalib və ilk 10-luğun  finalçılarına xüsusi sürpriz hədiyyə təqdim ediləcəkdir.

Tədbirimizin fb eventi isə belədir:https://www.facebook.com/events/525029894631019/

Tədbirimizin informasiya dəstəkçisi edumap.az təhsil portalıdır.



Axtarış