Adam
Müəllif: Elnur Rəsuloğlu


11.04.2019


Elnur Rəsuloğlu (Əliyev)

Mənim sənlə barışmağa
Ehtiyacım yoxdur, Adam.
Mövzu axtar danışmağa,
Ətrafında çoxdur, Adam.

Ömür axan çay kimidir,
Təb Tanrıdan pay kimidir.
Bu qələmim yay kimidir,
Cümlələrim oxdur, Adam.

Söz altından çıxar hər iş,
Yüksələnlər edər eniş.
Əlim açıq, qəlbim geniş,
Gözlərimsə, toxdur, Adam.

8 dəfə oxundu

Axtarış