ADİL CƏFAKEŞ - A SEVGİLİM...
Müəllif: YAZARLAR.AZ


28.02.2021


TAC YERİNƏ HÖRDÜYÜM
Ay başımda çələng kimi bəzəyib
Sevdasını tac yerinə hördüyüm.
Kərpic - kərpic təcrübəli bənnatək,
Savabını suç yerinə hördüyüm.
* * *
Noolar, yazma son cümləni vidatək,
Sonda məni işarələ nidatək.
Ay sevgisin ən ləzzətli qidatək,
Ürəyimin ac yerinə hördüyüm.
* * *
Cəfakeşəm, bildirmirəm ismini,
Tərifləyib, məxfi yazdım vəsfini.
Ay mənalı baxışının rəsmini,
Gözlərimin künc yerinə hördüyüm.
Müəllif: Adil CƏFAKEŞ

3 dəfə oxundu

Axtarış