Ağ donlu bir sevinc istəyirəm mən
Müəllif: Nazir Ziya Talıstanlı


2017-12-28 12:00:29



Gecənin qoynunda gəl gülə-gülə,
Şadlıqla, sevinclə yüz elə bizi.
Körpə gülüşütək, yaz günəşitək,
Təzələ ay ilim, təzələ bizi.

Yağdır, o tər-təmiz qarını yağdır,
Qəlbimiz saflığa bürünə bilsin.
İşıqlı gözlərin pəncərəsindən
Hamının ürəyi görünə bilsin.

Gəlintək bir mavi " Sülh " kəlməsindən,
Çəksin gözlərinin sürməsin dünya.
Analar dayansın başının üstdə,
Qarışıq yuxular görməsin dünya.

Gəl, gətir dünyanın işıq payını,
İnsanın insandan üzü dönməsin.
Çıxsın yadımızdan silah adları,
Kimsənin ocağı, odu sönməsin.

Bayram axşamları yansın şamları,
“ Sülh ” sözü hamıya əziz ad olsun.
Ağ donlu bir sevinc istəyirəm mən ––
Dünyamız həmişə salamat olsun.

Nazir Qasımov- (“ Zəhmətkeş “ qəzeti, № 1 (4566), 0101.1984)

8 dəfə oxundu
user profile image
Tunc AY şərh etdi.
5 months ago

Bayram axşamları yansın şamları, “ Sülh ” sözü hamıya əziz ad olsun. Ağ donlu bir sevinc istəyirəm mən –– Dünyamız həmişə salamat olsun. - Amin.


Axtarış