AĞÇİÇƏYİM
Müəllif: Zaur USTAC


2018-01-04 17:19:22


AĞÇİÇƏYİM

Qış tüğyan edirdi ömür bağında,
Hamı süst yatırdı ağ yorğanında,
Qəfil gördüm səni bar budağında,
Xoş gördük, GÜN AYDIN, ay Ağ çiçəyim!
* * *
Dümağsan, qar sənin yanında qara,
Tanrım rüsxət verib, baxmayıb qara,
Bu, qarlı qış hara, tər çiçək hara,
Xoş gördük, GÜN AYDIN, ay Ağ çiçəyim!
* * *
Əllərim pak deyil oxşayım səni,
Həddim o hədd deyil qoxlayım səni,
Bağbanam borcumdur yoxlayım səni,
Xoş gördük, GÜN AYDIN, ay Ağ çiçəyim!!!

06.05.2010. Bakı.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

15 dəfə oxundu
user profile image
Tunc AY şərh etdi.
10 months ago

Çox təsirlidir. . . Teşekkürler. . .


Axtarış