Aman, payız...
Müəllif: Nazir Ziya Talıstanlı


2017-10-12 05:02:14



Nazir Ziya Talıstanlı
İndicə ·

Aman, payız...

Nə tez gəldi bu payız,
Çəmənimə, çölümə.
Sarı sükut çilədi
Çiçəyimə, gülümə.

Ötdü o yaz günləri,
Saydım bəyaz günlərı.
Ömrün payız günləri
Qar ələdi telimə.

Bir qız ötdü yanımdan,
Can ayrıldı canımdan.
Ürəyimdən, qanımdan
Şeir axdı dilimə.

Gördüm solmuş yarpağam,
Bugün-sabah torpağam.
Düzdə qalmış ocağam,
Yağış döyür külümə.

Ömür qısa, yol gödək,
Şərik payı böl, gedək.
Aman payız, gəl gedək,
Gedək sənlə ölümə.

Nazir Qasımov- (“Zəhmətkeş “, № 148(5679), 23.12.1989, “ Dağ
çiçəkləri “, ədəbi toplu, Bakı-2009)
“ Molla Nəsrəddin “, № 12(20),dekabr 2004.

8 dəfə oxundu

Axtarış