Atan kazaklardır!...(Esse)
Müəllif: Əzizağa Elsevər


01.08.2020


Atan kazaklardır!...

Allah rəhmət eləsin, böyük ədib Cəfər Cabbarlını. Zamanın gərdişinə pozulmaz möhürünü vurub, gələcək nəsillərə öz mesajını verib getdi. O vaxt kazakların atdığı güllənin səsi kəsilmədi. Bu gün o səs daha ucadan gəlir. İndi daha bu bölgəyə yox, bütün dünyaya bu səsin törətdiyi fəsadlar sıçrayıb. Los- Anceles, Belçika, daha nə bilim hara, hara?! Bu dalğa başlayıb, bitən deyil. Azərbaycan yatmış bir şirdir, onu oyatdılar. Daha yuxuyla, şirin-şirin vədlərlə aldada bilməyəcəklər. ATƏT, BMT öz " sülhməramlı" elçiləri ilə çox gəlib, çox da gedəcəklər! Onların artıq 30 ilə yaxın oynadığı " oyunun" kartı açılıb. Daha heç kəs onlara inanmır.
İşğalçı rus, imperiya ambisiyaları ilə şişib dağılan Rusiya yenə öz oyunundadır. Türkün torpağında oturub, Türk dünyasına xəyanətindən əl çəkmir. Vətən, Millət, Namus, Qeyrət anlayışlarından xəbərsiz erməniləri qudurdub üstümüzə salıb. Azərbaycan torpaqlarında yaratdığı bir erməni dövləti bəs eləmir, hələ ikincisini də yaratmaq istəyir.
Biz it kimi ölkə-ölkə sülənən ermənilərə yer verdik, tikəmizi də onlarla yarı böldük. Ağılsızcasına davranıb Anahidin fahişəliyə ibadət edən qızlarını ocağımızın başında otuzdurduq. Fahişədən törəyənlər əslinə, nəslinə dönük çıxdılar. Təmiz türk qanımız zəhərləndi, murdarlandı. Nəsillərimizdəki doğmalıq, səmimiyyət erməni hiyləsinin, fitnəsinin qurbanı oldu. Kökümüzə, soyumuza, dilimizə, milli adət və ənənələrimizə xəyanət etdik. Günahsız körpələrimizi rus dilinə yem etdik, rus başlı, rus düşüncəli " mədəni" manqurtlar yetişdirdik. " Beynəlmiləlçi ", " Multkulturalçı" olduq. Adımız - sanımız bilinmədi. Bir stola, vəzifə kürsüsünə aldandıq. Rüşvət yığdıqca-yığdıq. Gözümüz doymadı, dünyanın dörd bir yanına millətin sərvətlərini villa-villa payladıq. Elm bilmədik, ədəb-ərkan bilmədik, utanıb- qızarmadıq. Erməni kökənlilər, rus başlılar, rus düşüncəsinin işığında millətin qeyrətli övladlarını vətəndən qaçırtdılar. Hərəsinə də bir yaramaz ad verdilər, gedənlərin ata- babalarının qəbrini də bəzən murdarlayıb, türk dəyərlərinə xəyanət etdilər.
Erməni dığaları yenə torpaq davası edir. 20 faiz torpaqlarımızı işğal altında saxlamaqla, hər gün məskunlaşma aparır, yolunu azmış dünya terrorçularına, narkomanlarına müqəddəs torpaqlarımızı peşkəş edir. Hər gün bizi bir millət olaraq hədyanları ilə alçaldır. Axçiləri, Kim Qardaşyanları dünya siyasətçilərinin otaqlarına öz əlləriylə salıb, Anahid nənələrinin " nağılları", " oxşamaları" ilə onları yolundan-yolağından çıxarmağa çalışırlar. Erməni qəhbəliyindən, dilənçiliyindən yığılan pullar erməniləri daha da şirnikləndirir, həyasızlaşdırır.
İndi daha pərdə götürülüb aradan. Daha ermənilərə güzəşt yerimiz yoxdur. Dünyanın hər yerində millətimiz yumruq kimi birləşib, erməniləri əzməyə doğru yönəlib. Şəhid vermişik, müstəqilliyimiz torpağımızın şəhid qanı bahasına qazanılıb. Geriyə yol yoxdur! Biz ancaq irəliyə getməliyik. Danışıqla torpaqlarımız qayıtmayacaq! Müharibə, müharibə, ancaq qalibiyyətli müharibə yolu ilə itirdiyimiz torpaqlara qayıtmalıyıq. Bu ,haqq yolunda Allah hamımızın yar və yardımçımız olsun! Bu yolda Böyük Türk Dünyası da arxamız, dayağımızdır! Haydı. Uca Turana doğru yol gedirik! Bu yol igidlərimizin, ərənlərimizin şanlı-şərəfli yoludur!...

Bakı şəhəri, 24.07.2020.

22 dəfə oxundu

Axtarış