Axtarıram
Müəllif: Mükafat Yaqub


2017-11-18 16:02:09


Mükafat YAQUB

Axtarıram


Od-alovum sönübdü,
Külümü axtarıram.
Bağçam çölə dönübdü,
Gülümü axtarıram.

Kəsilib yaz yağışı,
Əsir payız qarğışı.
Pəncərəm qış naxışı,
Milimi axtarıram.

Min yerə çapdı güman,
Daha küsməyir uman.
Ayağımdan asılan,
Əlimi axtarıram.

Dağarcığım sel kimi,
Dada çatdı yel kimi.
Cadarlanmış göl kimi,
Selimi axtarıram.

Gur yanan ocağımı,
Suvarılan bağımı,
Özümtək maymağımı?..
Dəlimi... axtarıram?


Mükafat Yaqubov

5 dəfə oxundu

Axtarış