AYAQ SƏSİ hekayə kitabından
Müəllif: Vüsalə Vətənxan


2018-03-24 14:41:29


Səhər açılırdı. Günəş yenə də adəti üzrə öz şəfəqlərini bu sınıq pəncərələrdən içəri vururdu. Gecənin soyuğunu içəri ötürən sınıq pəncərələr sübh çağı narin üfüqləri yerə səpələyirdi. Kimsə düzəltdirmirdi bu şüşələri. Yayı qışa, qışı yaya satan fəsillər hələ də ard-arda ötüb keçirdi. İçəridə yatan məsum körpələr öz röyalarından ayılmaq bilmirdilər. Bəlkə də nə vaxtsa ayılacaqlar, lakin ayılmaq istəməyəcəklər. Kaş elə hər şey yuxu kimi şirin olardı deyəcəklər.

Bura tərk edilmiş körpələrin tək sığınacağı idi. Bura yadları birləşdirən doğma ocaq sayılır. Yaş həddindən asılı olmayaraq bura az yaşından gətirilib buraxılan uşaqlar var idi ki, illərdir bu evdə yaşayır, bir yerdə məskunlaşır, eyni tikəni yeyir, eyni sudan içir, eyni yeməyi dadırlar. Kimsə onları yad etmir, bəlkə də az hallar olardı ki bu uşaqlar gəzintiyə çıxsın, yeni bir şey kəşf etsinlər. Onlar öz uşaqlıqlarından məhrum olmuş uşaqlar idi. Yenə də uşaqlar, doğma bir qucağa ehtiyac duyan uşaqlar...

Qeyd: Vüsalə Vətənxan qələmə aldığı "Ayaq səsi" adlı hekayəsində bir ananın ayaq səslərindən bəhs etmişdir. O, öz hekayəsində həmçinin ana səsi duymayan, ana qayğısı görməyən kimsəsiz uşaqların taleyindən bəhs etmişdir. İnanırıq ki kitab hər kəsin qəlbinə yol tapacaq. (qeyd edək ki, satışdan əldə edilən vəsait kimsəsiz uşaqlara yardım üçün toplanılır.)

Qiyməti: 4 azn

Ünvan:
KİTABEVİM.AZ
1. Nəsimi r., Puşkin k., 32 a, AK center II mərtəbə (28 may M.)
2. Yasamal r., Zivərbəy Əhmədbəyov küç 2., (Nizami Metrosu yaxınlığında) əlaqə: 012 498 79 89 ; 055 877 24 44
Ünvan:
Xan Xəzinəsi Kitab Evi (012) 538 53 65,
Ünvan:
İçərişəhər metrosu yaxınlığındakı keçiddə.


Əlaqə üçün: 055-714-05-75 / Rəşad Dadaşov
email: mmhemreylik@gmail.com

21 dəfə oxundu

Axtarış