AYSEL NAZİM - ŞEİRLƏR
Müəllif: YAZARLAR.AZ


19.02.2021


VAR OL, BAŞ KOMANDANIM!

Yaraşır şəninə Sərkərdə adı,
Əzmin yenilməyən uca qaladı.
Ulu öndərimin şanlı övladı,
Var ol, millətimin Baş Komandanı !
* * *
Vətəndən güc alıb sənin qüdrətin ,
Sönməz bir ocaqdır yurd məhəbbətin .
Uca zirvələr tək əyilməz , mətin ,
Var ol, millətimin Baş Komandanı !
* * *
Heç vaxt yorulmasın döyüşən qolun ,
Yağılar olsa da sağın, həm solun .
Millətə şərəfdir müzəffər ordun,
Var ol, millətimin Baş Komandanı!
* * *
Qəlbində sevinclə döyünür Vətən .
Bu gün hünərinə öyünür Vətən .
Qələbə ətirli yoluna əhsən ,
Var ol, millətimin Baş Komandanı!

MÜBARİZ
(Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunur)
Əlində ucalan qeyrət bayrağı,
Çəkdi düşmənlərə dağ üstə dağı.
Adınla öyündü vətən torpağı,
Böyük hünərinə alqış, Mübariz !
* * *
Qılınca döndərdin dəyanətini,
Qırdın ümidsizlik əsarətini,
Göstərdin cahana cəsarətini,
Böyük hünərinə alqış, Mübariz !
* * *
Keçdin yurd uğrunda öz həyatından ,
Şəhidlər vətənin çıxmaz yadından
Zəfər ətri gəldi sənin adından,
Böyük hünərinə alqış , Mübariz!
Müəllif: Aysel Nazim

3 dəfə oxundu

Axtarış