AYŞƏNİM
Müəllif: Zaur USTAC


2018-02-05 14:03:09



(Ayşən xanıma)

Zəmanə çətindir, sən tək gözəli,
Aramaqla bulmaq olmur, Ayşənim...
Utancaq, baməzə həm də xoşsifət,
Rəbbimin qüsuru olmur, Ayşənim...
* * *
Uca Yaradandan bir istəyim var,
Sənin tək gözələ olsun bəxti yar,
Taledən istəyən, qismətdən alar,
Arzunun sınırı olmur, Ayşənim...
* * *
Cahan uzun yollar, dörd bir tərəfə,
Dünya bir yanadır, Sən bir tərəfə,
Allahım yol açar, hər bir tərəfə,
Nasılı, necəsi olmur, Ayşənim...
* * *
Arzudan - arzuya uçasan, gülüm,
Yarı, istəklini qucasan, gülüm,
Şənlikdən - şənliyə qaçasan, gülüm,
Ərilməyən istək olmur, Ayşənim...
* * *
Namərdi, arsızı görməsin, Səni,
Əyrisi, yönsüzü əyməsin, Səni,
Həyatda heç kimsə üzməsin, Səni,
Əyrini düzəltmək olmur, Ayşənim...
* * *
Dəryada dürr olub çıxasan üzə,
İnci gərəkdir ki, inciylə üzə,
Yedəkdə yol almaq vurular üzə,
Yolunda özünə güvən, Ayşənim...
Əmin ol, özünə inan, Ayşənim...

05.02.2018. Bakı. (17:47)

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac

16 dəfə oxundu

Axtarış