Az getdim...
Müəllif: Mükafat Yaqub


2017-11-18 16:06:43


Mükafat Yaqub.
Az getdim...

...Dərə- təpə, düz getdim.
Əsasız, gürzsüz getdim.
Azım-çoxum ələndi,
Kəlməsiz-sözsüz getdim.

Qarşıma saray çıxdı,
Həyat yoğurdu, sıxdı.
Fələk üzümə baxdı,
Zülmətə gözsüz getdim.

Minnət quyuya saldı,
Kəndir əlimdə qaldı.
Payımı divlər aldı,
Vurmadım, üzsüz getdim.

Kəsdi suyu əjdaha,
Ümid gümandan baha.
Səbr qalmayıb daha,
Oduma közsüz yetdim.

Atıb aşığı bəxtim,
Düşüb alçı niyyətim.
Vidalaşmaq çox çətin,
Səmirsiz-küysüz getdim.

Ağ qarışdı qaraya,
Simurq girdi araya.
Bir yetən yox haraya
Göyə sümüksüz getdim.

Uçan xalça toxudum,
Qu nəğməsi oxudum.
Qırx gün idi yoxudum,
Zurnasız, züysüz getdim.

İpimə odun yığdım,
İşıqlı yola çıxdım.
Evimi özüm yıxdım,
Büsatsız, toysuz getdim.

Kəsdim uzun əlimi,
Uzun etdim dilimi.
Barmaq kəsən dəlimi?..
Yuxuya duzsuz getdim.

Ay küpəgirən qarı,
Küpünü yolla barı.
Görüb bu olanları,
Havaya puçsuz getdim.

Dən çuvalı boşaldı,
Dəyirmançı qocaldı.
Papaq keçəlsiz qaldı,
Məzara tüksüz getdi.

Qismət alın yazısı,
İman göyün qapısı.
Nağılların hamısı,
Almasız, küzsüz getdim...

Nağıl danışan nənəm,
Rəhmət sənə min kərəm.
Özüm nağıl demərəm,
Döngəsiz, düzsüz getdim.
Ötüb yüzü keçərəm,
demişdin... yüzsüz getdim.

Mükafat Yaqubov.

7 dəfə oxundu

Axtarış