Bilməz!
Müəllif: Səmi


2017-11-22 12:07:19


Qovuşub ayrılar kəsişən yollar.
Qayidib o yerdə birləşə bilməz!
İkidən çox kəsin bildiyi bir şey,
Açılar nə vaxtsa,sirrləşə bilməz!

Bir gün öz eşqinin oduna yansan,
O günü ömrünə ən gözəl gün san!
Anadan çaqqal tək doğulan insan
Yüz il keçə belə şirrləşə bilməz!

Ürək nə vəcdə gəl,nə də inildə.
Yen qəmi,qüssəni,hərdən yenil də!
Torpağın altında qalsa min il də
Adi daş,ay Səmi,zərləşə bilməz!

15.09.2017

113 dəfə oxundu

Axtarış