BİLMİRƏM
Müəllif: Sultan Mərzİli


30.10.2017


BİLMİRƏMBİLMİRƏM

Allahım, namərd qapısın
Əl qalxmır, döyə bilmirəm!
Qaldı sözüm ürəyimdə,
Yalvarıb deyə bilmirəm.

Neylərəm ulağı, atı,
Piyada gəzdim həyatı,
Kimin ki, qırıqdı zatı,
Vəsf edib öyə bilmirəm.

Sümuk sındı, ətdən keşdi,
Dünya yolu dərddən keşdi.
Mərd işi namərddən keşdi,
Nədəndi, niyə bilmirəm?!

Sordular dildən gözəllər,
Fitnədən, feldən gözəllər,
Bel ilə teldən gözəllər,
Təzə bir ayə bilmirəm.

Düşdüm düzun arxasına,
Bostan əkən, arxı sına.
Üz tutdumsa ər xasına,
Rast oldum zaya, bilmirəm.

Nə verirsən, sən özun ver,
Sultana haqqın sözun ver,
Yüz min halaldan düzün ver,
Haramdan yeyə bilmirəm.

17 dəfə oxundu

Axtarış