Bir daha “Dağlar” haqqında
Müəllif: Yazarlar.AZ


25.04.2019



Niftalı Göyçəliyə və digər araşdırmaçıların yekdil rəyinə görə ilk “Dağlar” adlı nümunələr Miskin Abdala aiddir. İki belə nümunə var. Birinci nümunədə 20 yaşında (mənbə: Niftalı Göyçəli) öz adı ilə Hüseyn, ikinci nümunədə isə çox sonralar təxəllüsü ilə Miskin deyə qeyd olunmuşdur:

DAĞLAR
(Birinci nümunə)
Süsən-sünbül, bənövşəli,
Allı-güllü bizim dağlar.
Toy-düyündə, şənniklərdə,
Elatda var izim, dağlar.
İgidlərin çapar gəzər,
Yar yolunda dərdə dözər.
Sevənləri həsrət üzər, –
Cəfadı bu, dözüm, dağlar.
Hüseynin də bir yarı var,
Buta verən yolun açar,
Gərçi uzaq məkan, diyar,
El-obalar gəzim, dağlar.

DAĞLAR
(İkinci nümunə)
Məğribdən məşriqə səf çəkib durub,
Qüdrətdən çatıbdı baş-başa dağlar.
İtaət boynuna salıb həmayıl,
Misli pəsənd, xotkar, xan, paşa dağlar.



Baxıb hökmü yekdal dürrey, dükafa,
Gah kükrərsən, gah gəlirsən insafa.
Pey peykərə çəkib, bəyaz ləffafə,
Pərvərdin geydirib qumaşa dağlar.

Ağ çeşmən sərindən car elər seli,
Yaşıl tirmə qurşar, ədağa beli.
Dağıstan kölgəsi, zabitə yeli,
Sərin səfalıdı həmişə dağlar.

Baxıb hökmü-yekdal, dürrey-dükafa,
Gah kükrərsən, gah gələrsən insafa.
Pey peykərə çəkib, bəyaz ləffafə,
Pərvərdin geydirib qumaşa dağlar.

Nəs illərdən satın aldın pis günü,
Çağırdın dumanı, tökdün çişkini.
Gözü yaşlı qoydun cüda Miskini,
Eylə gülə-gülə tamaşa, dağlar.
Araşdırmaçıların iddiaları hansı dərəcədə həqiqətə uyğundur bunu zaman göstərəcək. Biz bu barədə heç nə demədən sadəcə nümunələri təqdim etməklə kifayətlənirik. Ancaq, fakt faktlığında qalır ki, “Dağlar” deyəndə yada düşən ilk misra “Bahar fəsli yaz ayları gələndə”, ağıla gələn ilk müəllif Aşıq Ələsgər olur. Biz də bunu nəzərə alaraq Dədə Ələsgərin anadan olmasının 200 illik yubileyi münasibəti ilə tərtib etdiyimiz bu kitabı görkəmli Haqq Aşığının bir “Dağlar”-ı ilə başlayıb, digəri ilə bitirəcəyik. Sanki, arada olan bütün “Dağlar”
Bahar fəsli yaz ayları gələndə
Süsənli sünbüllü lalalı dağlar
Yoxsulu ərbabı şahı gədanı
Tutmaz bir-birindən alalı dağlar


* * *
Həsənnənə, Həsənbaba qoşadı,
Xoşbulaq yaylağı xoş tamaşadı.
Arsız aşıq elsiz niyə yaşadı,
Ölsün Ələsgərtək qulların, dağlar!
bu iki bəndin arasında özünə yer etmiş, demək olar ki, bu topludakı nümunələrin hamısı məhz Dədə Ələsgərdən ilhamlanaraq qələmə alınmışdır. Müəlliflərin böyük əksəriyyəti özləri bunu etiraf etmiş, Haqq Aşığını hər kəlmədə rəhmətlə anmışlar.
"Dağlar" almanaxının ərtibçiləri: Gülü və Tuncay



6 dəfə oxundu

Axtarış