Bir gün - bir ömür
Müəllif: Mükafat Yaqub


02.05.2020


Mükafat Yaqub

Bir gün – bir ömür


Əzəli yaranış, sonu ölümsə,
Ortada qalana biz ömür dedik.
Bir gün doğulursa, bir gün ölürsə,
O boyda yalana biz ömür dedik.

Bir günlük ömrünü yaşar kəpənək,
Bir gün də, yüz il də ömürdür demək.
İlləri günlərlə ələyən ələk,
Dır-deşik xəlbirə biz gömür dedik.

Öydüdük şirini, tezcə acıdan,
Ayırdıq qardaşı təkcə bacıdan.
Bir belə ömürdə bircə acıdan,
Bezib, ömrümüzə biz kömür dedik.

İstəsən böləsən tarixi yarı,
Yarı qalıq çıxar, tam çıxar, yarı.
Hər şeyin bütövü olar əyarı,
Yarımçıq tarixə biz dönür dedik.

Bu əvvəl, bu axır, bir də kı, həyat,
İndi ayır görüm hansında, nicat.
Vurma yox, bölmə yox, çıxılır, heyhat,
Bu hesab cəminə biz ötür dedik.


Mükafat Yaqubov
29 aprel, 2020-ci il. Lerik.



3 dəfə oxundu

Axtarış