BİR GÜN PƏNCƏRƏNİZƏ...
Müəllif: Sultan Mərzİli


17.10.2017


BİR GÜN PƏNCƏRƏNİZƏ...

Bir gün pəncərənizə,
Bir quş çırpar özünü,
Çırpınar-çırpınar, dil aça bilməz,
Eləcə susaraq deyər sözünü.
Sonra sən pərdəni önə çəkərsən,
Dumanlar bürüyər quşun gözünü,
Pərdələr bürüyər dünya üzünü.
Uçar bir quş kimi bir eşqin ruhu,
Uçar tərk eyləyər bu yer üzünü,
Ulduz işartısı, ayın şöləsi
Səpər pəncərənə onun izini...

26 dəfə oxundu

Axtarış