Birəbir
Müəllif: Səmi


2017-11-21 14:11:25


Mən dünyanin hər üzünü görmüşəm.
Dünya özü öz üzünü görə bir!
Verdiklərim aldığımdan çox olub.
Qismət yazan buna qiymət verə bir!

Öz dağımı düzlər üçün düzlədim,
Göz dağımı göz önündə gizlədim.
Söz yığımı məna verməz,gözlədim,
Söz sərrafı ondan çələng hörə bir!

Sonsuz dərdə dözüb,dözüb ölməmək,
Kişilikdir dərdi yadla bölməmək!
Həsrət ilə gözlədiyin ol mələk
Gizli gəlib can evinə girə bir!

Axtardığın sevinc yerdə,göydəmi?
Bəsdən bəsdir,bir kənara qoy qəmi!
Asi çıxdın zəmanəyə ay Səmi.
Dünya alar səndən heyfi birəbir!

10.092015

160 dəfə oxundu

Axtarış