Biz öz Çuxurumuzu yaratmışıq.Türklərin çuxurunu nə edək?
Müəllif: Məhəmmədəli Abbaszadə


18.12.2019


Günümüzdə öz aktuallığını qoruyan anlayışlardan biri də mübarizədir.Mübarizə dedikdə nə başa düşürük? Bu suala cavab axtarmazdan öncə mübarizənin bizim cəmiyyətə necə aşılandığını araşdıraq.Hansısa dini məclisdə iştirak edərkən mübarizə,kamillik sözlərini eşidirik.Reallıqdan xeyli uzaq olan nüans kiməsə kamilliyə çatmağı, kamil olmağı tapşırmaqla nəticə gözləyirik.Əgər bir uşaq bunu eşitsə kor təbii düşüncəsi ilə ən yaxşı halda kamili bir insan kimi düşünəcək.Həqiqətən çox gülməli bir səhnə alınır.Sözsüz ki hər kəs deyilən sözü öz mənəviyyatına, intellektinə uyğun olaraq yozur, dərk etməyə cəhd edir.Amma elm adamlarından belə domino effekti yaradan,üstünə pərdə çəkilmiş cümlələrlə cəmiyyətin əksər üzvlərinə kamilliyi izah etməsini gözləmək realizmdən uzaq,xəyalpərəstliyə isə mümkün qədər yaxın görünür.Kamil insan mübarizəkar olur yada başqa sözlə desək mübarizə aparıb inkişaf edir və kamilləşir.Biz də əksər hallarda mübarizənin adı var özünü tapanda isə o qədər sevinirik ki, elə bil buludların üstündə bir yer tapmışıq.Yağış yağanda da göydən inkişaf yağacaq gözləyin əzizlərim inkişaf yağışında islanmış paltarlarımızla dünyaya inkişafı öyrədəcəyik düzünü desək müvəffəqiyyətlə cahilliyimizi göstərə bilərik.Biz də əksər inkişaf etmiş sivilizasiyalar içində özümüzə yer tapıb hüquq,demokratiya, elm kimi sahələrdə dünyaya şedevr göstərəcəyik.Bu cümlə qulağa çox xoş gəlir.İllərdir torpaqlarımızı azad edəcəyik cümləsi ilə eyni qiymətlidir.Hər ikisi haqqında masa ətrafında xeyli düşünürük.Yəqin ki masalarda bu söhbətlərdən bezibdir.Bestseller kimi hərkəsin heyranlığına çevriləcəyik.Hal hazırda saydığım sahələrdə kitab rəfinin ən küncündə kağızlarının ucu saralmış, mənim təqdimatıma gəlmədən mənə dəyər verin deyən bir yazarın özü qədər əhəmiyyətsiz kitabına çevrilmişik.
Mübarizənin necə aşılanmasına qayıdaq.Ümümiyyətlə mübarizənin nə olduğunu tam dərk etmirik.Türk televiziyalarında belə hallarla rastlaşırıq.Bu hal ədəbiyyatla şeirlə tanış olmayan birinin folklor olan meyxananı şeir kimi qəbul etməsi ilə ekvivalentdir.Cəmiyyətimizin hər bir fərdinin mübarizəyə həvəsli olmadığı çox aşikardır. .Mübarizəni türk televizisiyasında izləyirik müşahidə edirik sevdiklərini qorumaq üçün mübarizə apararkən digər insanları öldürürlər.Bu mübarizə edə bilməyib daxilində olan qəzəb hissini oyadan insanın hegemon düşüncə tərzinin məhsulu olmaqdan o tərəfə keçə bilmir. Müasir sivilizasiyaların dərk etməsi lazım olan bir neçə anlayışlar var. Bunlardan biri kimisə yaşatmaq üçün kimisə öldürmək lazım deyildir.Əgər inkişaf edib demokratiya elm düzgün cəmiyyət görmək istəyiririksə özümüzü dəyişdirməliyik.Yoxsa keçmişə qayıdırıq?Mağaraya yaxın gələn bütün varlıqları öldürən bir mağara insanı olmağa çalışırıq?Bizi məğlub etmək lazımdır bəlkə çarəsizliyimiz monoton azalan intellektimiz ilə bacara bilsin.Əslində məğlub olmuşuq amma necə deyərlər sapı özümüzdən olan baltalar kəsib budaqlarımızı..
Bəlkə öz əllərimizdir niyə günahlandıraq baltalarımızı.Başqa cəmiyyətlərin filmi ilə mübarizə öyrənmək lazım deyil.Biz öz çuxurumuzu qazmışıq.Heç kimsə toxunmadan da düşmüşük o çuxura.
Ona görə də kiminsə üzünə tüpürməklə heçnə dəyişmir. Bəlkə tüpürüləsi birinci üz öz üzümüzdür.

14 dəfə oxundu

Axtarış