Biz utanmalıyıq
Müəllif: Esmiralda


2017-10-25 07:20:25


Ailəmlə dənizdən qayıdırdıq. Nəhayət zaman ayırıb uşaqların sevincini gözlərindəki parıltıda, səslərin cingiltisində duydum. Təsuratları o qədər böyük idi ki, bir-birini eşitmədən danışmaqdan doymurdular. Birdən:
-Ata, bax,o xala nədən ağlayır? -sual məni yoldan ayırdı.
Dönüb səkidə əyləşən qadını gördüm. Ayağımı pedala basıb maşını yolun kənarında saxladım. Maşındakı səs-küy də dayanmışdı. Sanki dünyaya süküt qonmuşdu
Səkidə gənc olmayan qadın əyləşmişdi. Önündə yaş və quru salfetkalar sanki rəfdəki kitablar təki sıra ilə düzülmüşdü. Çoxu arxasında gizlətdiyi çantada idi. Qadının səriştəsiz olduğunu başını qaldırmağa utandığından hiss olunurdu. Heç səsi belə çıxmırdı. Önündəki salfetkalara baxırdı, sanki azalmaqlarını gözləyirdi. Bəzən başını yüngülcə qaldırıb pul uzadıb salfetkalardan alanlara təşəkkürünü bildirirdi
Gözyaşlarımı saxlaya bilmədim. Özümdən utandım. Həyatdan utandım. Qadının əyləşən səkidən utandım, satan salfetkalardan utandım. Onun önündən keçib salfetkalara təplk vuran polislərdən, onu ələ salan gənclərdən utandım. Səliqəsiz saçlarından sürüşən yaylıqdan, saatlarla oturmaqdan ağrıyan ayaqlarından utandım. Bəzən səmayə çarəsiz baxan gözlərindən, karlığa qoyan qulaqlarından utandım
Utandım. Çox utandım. Kiçicik əllərimdən tutub ilk hərfləri, ilk rəqəmləri öyrədən, ilk ikimi ilk beşimi yazan, bəzən acıqlanan, çox zaman sevən, qayğıma qalan, anamı əvəz edən müəlliməmii bu vəziyyətdə gördüyümə utandım
Maşından çıxdım. Salfetka satan müəlliməmə yaxınlaşdım
-Salam
Müəllimə başını yellətdi
-Hamısını alıram. Nə qədər verəcəm?
-Hamısını?
Əyilib önündəki salfetkaları yığdım.Utanmağından çəkinib "müəllimə"müraciət etməyib "anam" söylədim....
Yağmur sanki gözyaşlarını saxlaya bilməyib səpməyə başladı
-Gəlin sizi evinizə aparım...
Hafizəmdə qalan binaya çatdıq
-Oğul, yaşadığım binanı haradan tanıyırsan?
-Bağışla bizi müəllimə-söyləyib çıxıb getdim
..................
-Ata, o kim idi?
-Müəlliməm
-Aaaa. Müəllimə salfetka satar?
-Satmaz, qızım. Bəzən, belə də olur.
-Axı müəllimə dərs deyər
-Əgər xeyirsiz və unutqan şağirdləri olsa, satar
Bilmirəm. Zamanəmi soyuyub , insanlarmı. Heç heç kimdən xəbəri yoxdur. Nə ətrafında yanana,nə qayğı göstərən var Müəllimənin şəhid övladlarından,bu yaşında kimsəsiz qalmağından xəbərimiz yoxdur
Müəllimə! Siz deyil. Biz utanmalıyıq. Biz!

16 dəfə oxundu

Axtarış