DÜŞÜNÜRƏM...
Soy, o soydur, kök, o kökdür, qan, o qan...
Lap, bir-iki bicbalanı qat gözə.
Boy, o boydur, qol, o qoldur, can, o can...
Təkəm-seyrək, kəm-kəsiri sat sözə.
Sual doğur, onda nədir çatmayan???
Cavab budur: - “Atillanın öfkəsi”!!!
Bizdə çatmır, dədələrin hikkəsi!!!
* * *
Çay, o çaydır, göl, o göldür, dan, o dan...
Ufaq-təfək olmayanı keç bizə.
Toy, o toydur, çöl o çöldür, xan, o xan...
Biraz böyük, biraz kiçik, keç sözə.
Qürub da o, onda nədir çatmayan???
Cavab sadə: - “Çingiz xanın öfkəsi”!!!
Bizdə çatmır, dədələrin hikkəsi!!!
* * *
Hay, o haydır, rum, o rumdur, biz, o biz...
Tərliyinə yapışanı ver yelə.
Say, o saydır, qom, o qomdur, diz, o diz...
Tutuşanda aşmayanı ver belə.
Bəs beləsə, onda nədir çatmayan???
Cavab təkdir: - “Sultan Fateh öfkəsi”!!!
Bizdə çatmır, dədələrin hikkəsi!!!
* * *
Rey, o Reydir, Şam, o Şamdır, yol, o yol...
İnsan həmin, adamlar o, düş düzə.
Köy, o köydür, kənd, o kənddir, el, o el...
Əsl qədim, tarix zəngin, xoş bizə???
Haqlı sual, onda nədir çatmayan???
Cavab yekdir: - “Xətainin öfkəsi”!!!
Bizdə çatmır, dədələrin hikkəsi!!!
* * *
Mey, o meydir, cam, o camdır, din, o din...
Əyri-müyrü düzəlişi yaz düzə.
Pay, o paydır, yem, o yemdir, hin, o hin...
Zaval gəlməz doğru sözə, yaz düzə...
Fəqət sual, onda nədir çatmayan???
Cavab birdir: - “Şah Qacarın öfkəsi”!!!
Bizdə çatmır, dədələrin hikkəsi!!!
* * *
Ley, o leydir, sar, o sardır, vağ, o vağ...
Yarasanı mixi xətlə yaz mizə.
Huy, o huydur, gül, o güldür, bağ, o bağ...
Dəmi boş ver, onu kəsir yaz bizə.
Sual həmin, onda nədir çatmayan???
Cavab netdir: - “Atatürkün öfkəsi”!!!
Bizdə çatmır, dədələrin hikkəsi!!!
15.03.2018. Bakı. (9:19 – 19’)
Müəllif: Zaur Ustac
© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ