Bu gecə
Müəllif: Fərqanə Yusifqızı


2018-02-21 21:26:46




Bu gecə gözləri açıq yatacam,
Görüm ki,yuxuma necə gəlirsən.
Təkliyi birgünlük silib atacam,
Sən bunu bacaran yeganə sirrsən.

Bu gecə gözləri açıq yatacam,
Gözlərin zülmətdə işıq sacacaq.
Bu gecə yuxumu sənə satacam,
Bu gecə biz oyaq,hər kəs yatacaq.

Bu gecə gözləri açıq yatacam,
Bəlkə mələklər də qonaq gələcək.
Gözünün sehrində itib batacam,
Ulduzlar sevinib yallı gedəcək.

Bu gecə gözləri açıq yatacam,
ƏIlərim uzalı qalacaq göyə.
Günəşə yalvarıb dilə tutacam,
Qoy sənli gecəmiz uzansın deyə...


9 dəfə oxundu
user profile image
Zaur USTAC şərh etdi.
5 months ago

"Bu gecə gözləri açıq yatacam, Görüm ki,yuxuma necə gəlirsən." - Çox gözəldir...


Axtarış