Cəhənnəmdə də azmış adam
Müəllif: Mükafat Yaqub


02.05.2020


Mükafat Yaqub
Cəhənnəmdə azmış adam

Haqq yolundan azmış adam,
el gözündən azmış olar.
Qır quyusu qazmış adam,
cəhənnəmdə azmış olar.

...Alov yanan tərəfə gəl,
cəhənnəmdə azmış adam.
Yenə adın çıxdı “əngəl”,
sanki orda azmış adam.

Dərin göldə qarğı oldun,
sərin ildə yanğın oldun.
Nərin çöldə sarğın oldu,
Sənə burda yazmış adam.

Əvvəldən pisdi niyyətin,
çəkərdin dünya ləzzətin.
Çək indi onun xiffətin,
günün yaman sazmış adam.

Qurban oldun, xislətinə,
insanlara nifrətinə.
Topladığın sərvətinə,
saxladığın nazmış adam.

Sorağına, sən, xoş getdin,
ayılmadın, sərxoş getdin.
Nəsib oldu, birbaş getdin,
qazandığın qazmış adam...

Mükafat Yaqubov.
20.04.2020. Lerik

1 dəfə oxundu

Axtarış