DAĞLAR
Müəllif: Zaur USTAC


2017-12-16 17:35:18


DAĞLAR

<<<Ruhuna min rəhmət dədə Ələsgər...>>>

Nədəndi, ürəyim döyünür yenə,

Gördükcə hüsnündə məlalı, dağlar?!

Yağı cövlan edir, dağıdır yenə,

Qoynunda büsatı, cəlalı, dağlar!

* * *

De, çoxmu çəkərik zülüm-zilləti????

Movcud hal -vəziyyət üzür milləti,

Onsuz da düşmənin puçdu niyyəti,

Ordumun beşiyi, vüsalı, dağlar!

* * *

Dünya belə qalmaz, dəyişər zaman,

Yenə dövran olar, həmənki dövran,

Bulaqlar başında məclislər quran,

Oğullar ərsəyə gələli, dağlar!

* * *

Ustac bulud kimi dolub, ağlamır,

Köksünün yarası qaysaq bağlamır,

Bir bilsən ruhumu nələr çuğlamır,

Doğacaq nə zaman Hilalın, dağlar?!

07.05.1995. Marağa.

Müəllif: Zaur Ustac
© Zaur USTAC,2017. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

18 dəfə oxundu
user profile image
Tunc AY şərh etdi.
8 months ago

Ustac bulud kimi dolub, ağlamır, Köksünün yarası qaysaq bağlamır, Bir bilsən ruhumu nələr çuğlamır, Doğacaq nə zaman Hilalın, dağlar?! -- vaxt gedir...


Axtarış