Darıxıram
Müəllif: Elşən Ələsgərli


30.10.2017


Darıxıram
Cümlələrin sonundakı nöqtələr kimi
Darıxıram
Ay işığından düşən kölgələr kimi

Darıxıram
Aramsız çiskinləyən, yağışlar kimi
Ora bura baxıb yorulan,
Sonra bir nöqtəyə zillənən baxışlar kimi

Darıxıram
Sönmüş ocağın soyuyan külü kimi
Darıxıram
Payız bağcasının solan gülü kimi

Nə bilim e....
Necə darıxıram...
Ağlını itirən dəli kimi
Darıxıram
Yuyulub kəfənlənməsini gözləyən ölü kimi

Adam kimi darıxmağı belə bacarmıram

28.10.17
Elşən Ələsgərli




13 dəfə oxundu

Axtarış