Dərdi
Müəllif: Mükafat Yaqub


2018-07-10 07:57:31


Mükafat Yaqub

Dərdi

Bir göz çimirində,
Kipriyindən süz dərdi,
Oxşayıb, tumarlayıb,
Kürəyinə düz dərdi.

Gecələri qoynunda,
Gündüzləri boynunda,
Əzizinin toyunda,
Qaytağıya büz dərdi.

Qaç, uzaqlara sığın,
Yığ, kisəyə bir yığın,
Lap çıxarıbdı ağın,
Rişəsindən üz dərdi!

Gəlib yenə tapacaq,
Qol-budaq axtaracaq.
Biri sənə çatacaq,
Qonşun bəlkə yüz dərdi?..

Arıtla saxtasından,
Bostan ək, topasından.
Əl çək yaxasından
Dərdin də var öz dərdi.

Ürəyə də hökm yoxdur
Dərddən ayrı işi çoxdur.
Aha-ufa qarnı toxdur
Yaralayar bir söz dərdi.

Yaxın dostun olacaq,
Qəlb evində qalacaq.
Sənə arxa duracaq,
İstəsən, lap, üz dərdi,
Gözlərindən süz dərdi.

Mükafat Yaqubov.

7 dəfə oxundu

Axtarış