Mükafat Yaqub
Dərdimi
Göydən xırda, dağdan iri,
Qələm götür yaz dərdimi.
Vətən adlı dərdə sığın
Qalan yerdən poz dərdimi.
Dinlə qeybdən gələni,
Bu gün sabaha dilənir.
Adlasan da çox tələni,
Qurdalama köz dərdimi.
İbadəti qala elə,
Duaları pillə elə.
Lap çıxsan da göyə, belə,
Verməm sənə öz dərdimi.
Mükafat Yaqub. 28 iyun 2018.