Deyə
Müəllif: Səmi


27.12.2019


Dizin-dizin sürünərəm,gülüm,sənə çatım deyə.
Hər əzaba qatlaşaram,sənsizliyi atım deyə

Eşqimizə səcdə qıldım,tanrıdan da uca tutdum.
Çaba etməm,məhəbbətin dənizində batım deyə.

Girdabına sürükləsin yuxusuzluq,razı ollam,
Gecələri sinən üstə baş qoyaraq yatım deyə.

Bu dünyada yaxşı nə var hamısından əl çəkərəm,
Gül qoxuyan nəfəsini nəfəsimə qatım deyə.

Əzab çəkmə,Səmi,yarın rəqibini tutsa sənin,
Gün gələcək yol arayar onu necə satım deyə.

26.11.2019

8 dəfə oxundu

Axtarış