Dünya
Müəllif: Mükafat Yaqub


2017-11-18 16:36:41


Mükafat Yaqubov.
Dünya...
Barışmadım çox işiylə,
Dünya məni tora saldı.
Ədasıyla, cilvəsiylə,
Ağlımı başımdan aldı.

Şirnikdirdi, çəkdi düzə,
Qarışmadım, durdu üzə.
Dişi batmadı cövüzə,
Öcünü daşımdan aldı.

Əvvəldən durdu qəsdimə,
Yetişmədi hax səsimə.
İlişdirdi cələsinə,
Hesabı yaşımdan aldı.

Oynamadım züy səsinə,
Sığınmadım kölgəsinə.
Keçməsəm də pəncəsinə,
Havası başımda qaldı.

Mükafat Yaqub.

7 dəfə oxundu

Axtarış