DÜŞÜB
Müəllif: Zaur USTAC


2018-06-16 04:44:59



Sayı itib ayın, günün, saatın,
Ürəyimə atəş düşüb, od düşüb...
Haçan gəlim ağ əlini öpməyə?
Ürəyimə nabat düşüb, qənd düşüb...
* * *
Əl öpənin çox olmasın, tək olum,
Məcnun kimdi, Kərəm kimdi yek olum,
Qoy həmişə nübar olum, ilk olum,
Ürəyimə gilas düşüb, tut düşüb...
* * *
Ustacın qibləsi çöhri-qəməri,
O da istər desin zikri-qəməri,
Niqabın gizlədib fitri-qəməri,
Bir zeh göstər, ürəyimə mət düşüb...

Müəllif: Zaur Ustac زائـــور اوستاج
© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

5 dəfə oxundu

Axtarış