DÜŞÜNCƏLƏR
Müəllif: Zaur USTAC


2018-05-31 17:13:04




Arzular üzünə güləndə sənin,
Elə bil, yüz dəfə cavanlaşırsan.
İşin bərkə düşüb, çətinləşəndə,
O an qəm-kədərlə qucaqlaşırsan...
* * *
Belə olmamalı düşün, ey insan!
Səni xəlq edəndə ulu yaradan,
Mayanı tutmuşdu, “sabit” torpaqdan,
Mənbəyin, mənsəbin torpaqdır, İNSAN!!!
* * *
Şükür bəzək olsun şirin dillərə,
Ağıl çəpər olsun əsən yellərə,
Düzlük mayak olsun, tüm əməllərə,
Bir gün, bu işlərə hesabatçısan!
* * *
Enib asimandan, yerdə qərar tut,
Şirin xülyaları biryolluq unut,
“Həsədi”, “həvəsi” qəlbində ərit,
Həvəsə aldanıb, uduzacaqsan!
* * *
İnam et həmişə axirətinə,
Ümid et, tanrının mərhəmətinə,
İlahi inama sədaqətinə,
Bir gün mükafatın olacaq inan!!!
20.10.1996. Bakı.

Müəllif: Zaur Ustac





4 dəfə oxundu

Axtarış