DURUN GEDƏK QARABAĞA
Müəllif: Şirinxanım Kərimbəyli Şadiman


2018-12-08 19:06:16


Nə sızlayıb ağlaşırıq,
Ah-ələmlə bağlaşırıq,
Dillə neçə dağ aşırıq-
könlə hicran yağa-yağa,
Durun gedək Qarabağa!

Inlər, sızlar hər sözümüz,
Göz yaşına yar gözümüz,
Açılmayır heç üzümüz,
Bəsdir dözdük daha dağa,
Durun gedək Qarabağa!

Möhür, imza torpaq almaz,
Qorumasaq Vətən olmaz,
Heç bir zülüm sona qalmaz,
Qonub yağı çox oylağa,
Durun gedək Qarabağa!

Bəsdir qaçqın, köçkün olduq,
Bəxtimizdən küskün olduq,
Bu dünyada miskin olduq,
Düşmənlərə dağ vurmağa,
Durun gedək Qarabağa!

Yağı dolu hər yanımız,
Məğlub qalıb ünvanımız,
Nə vaxt olar fərmanımız?
Son qoyağın ağlamağa,
Durun gedək Qarabağa!

Şəhid ruhu fəğan edir,
Bu susqunluq içdə nədir?
Namərd heç vaxt bilməz qədir,
Yağı külün sovurmağa,
Durun gedək Qarabağa!

Düşmənlərə dil verdilər,
Əllərinə əl verdilər,
Əsir düşmüş el verdilər,
Kimliyini doğurmağa,
Durun gedək Qarabağa!

Dərdimizin qədəriyik,
Biz savaşı edəriyik!
Bu dünyadan gedəriyik...
Valığını bağırmağa,
Durun gedək Qarabağa!

Dil-ağıza olduq qınaq,
Yurd işğalda bu bir sınaq,
Təhdid böyük, birgə qanaq,
Verək şərəf, şan bayrağa,
Durun gedək Qarabağa!

Atilladan yetib səda,
Şadimana çatıb nida,
Sözlərimdə yoxdur əda,
Yurdu şərdən qorumağa,
Durun gedək Qarabağa...
Durun gedək Qarabağa....

07.12.2018
Şirinxanım Kərimbəyli ŞADİMAN

9 dəfə oxundu

Axtarış