SƏNİN
(Özümə oxuduğum layla…)
Ağlıma dua yazan
Sınsın, qələmin sənin…
Hopsun, bütün yol azan –
Mənə, ələmin sənin…
Bir komacıq qurmadan…
Bir yerə mıx vurmadan…
Hesablansın, durmadan –
mənə, sələmin sənin!..
İçim gizlicə solsun
Gözüm torpaqla dolsun!..
Hər gün çiynimdə olsun –
Yazan , qəm əlin sənin!
Sual döndü cavaba
Bir ah güldü səvaba!..
Bəxtim çəkdi Nəvvaba –
Bu son əməlin olsun!..
Müəllif: Əbülfət Mədətoğlu
USTAC.AZ
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru