EHTİYACI VAR.
İnsan yaranandan diqqət, qayğıya,
Xoş sözə, söhbətə ehtiyacı var.
Sevən könüllərin incə duyğuya,
Sevgi, məhəbbətə ehtiyacı va
Torpağın Günəşə, dənizin çaya,
Zülmət gecələrin nur saçan Aya,
Övladsız ananın bir şirin paya,
Qayğı, mərhəmətə ehtiyacı var.!
Soyuq nəzərlərin isti baxışa,
Cadar torpaqların suya, yağışa,
Şair, sənətkarın daim alqışa,
Diqqətə,hörmətə ehtiyacı var.
Vətənsiz qalanın Vətənə, elə,
Çarəsiz xəstənin şəfalı ələ,
Qazaxlı, bülbülün sevdiyi gülə,,
Eşq adlı şəfqətə ehtiyacı var.
Müəllif: İlham Qazaxlı........