El ağsaqqalı,akademik Vəli müəllimə
Müəllif: Səmi


2017-11-21 14:10:57


Kökü üzdə bir millətik,budağı çox.
Paralanmış sinəsində göz dağı,ox!
Hayqırmağa ağzı,dili,dodağı yox!
Yoxa çıxıb Qoç Koroğlu,İsabalı.
Ay elimin Ağsaqqalı!

Alçaqları ildən-ilə beçələyib.
Pis yaxşını zaman-zaman heç eləyib.
Düz danışan bu ölkədən köç eləyib.
Gəl dəyişək söhbət üstə biz də valı,
Ay elimin Ağsaqqalı!

Məmurları harınlayıb,tox olub,bil!
Namus,qeyrət bu millətdə yox olub,bil!
Həmzəbəylər,yalançıqlar çoxalıb,bil!
Bilinməyir ya məqsədi,ya amalı,
Ay elimin Ağsaqqalı!

Dərə dağdan,dağ dərədən uzaq düşüb.
Ovçu ovdan,ov bərədən uzaq düşüb.
Arı baldan,bal şirədən uzaq düşüb.
Zəhər olub vallah,baldan şirin bali
Ay eliminAğsaqqalı!

Bıçaq sümüyə dirənib,kəsə bilmir.
Zəfər yeli tora düşüb əsə bilmir.
Hamı bilir,amma hamı nəsə bilmir.
Aydınları aça bilmir çox sualı.
Ay elimin Ağsaqqalı!

Bir gün gələr göydən yerə nur ələnər.
Xoş arzular damla-damla şirələnər!
Gəlib çıxar el qədrini bir bilən ər!
Araz üstə yandırarıq biz də salı.
Ay elimin Ağsaqqalı!

306 dəfə oxundu

Axtarış