Əldə çıraq gəzəcəksən...
Müəllif: Zaur USTAC


2018-03-28 19:23:54


Əldə çıraq gəzəcəksən,
Ruhun haçan gəzsə məni...
Qəm gölündə üzəcəksən,
Bir gün qəhər üzsə məni...
* * *
Sapı, ipdən ayrı tutan,
Qəmi dosta baha satan,
Tüm qəlblərdə gizli yatan,
Bir gün durub çözsə məni...
* * *
Ov bərədə, tacı taxtda,
Nə günah var acı baxtda?
"İldə bir yol atar taxta”,
Atəş yaxmaz görsə məni…
* * *
Əldə çıraq gəzən vaxtı,
Gəl, qınama heç vaxt baxtı,
Yaradan qurubdu taxtı,
Bil, yıxacaq əzsə məni...
* * *
Pirim Nəsimi, Ustacam,
Bəhmənyar elminə acam,
Burdayam, sənə möhtacam,
Mən gedincə gəzmə məni...
03.07.2017 12:45 (19’) Bakı.
Müəllif: Zaur Ustac
© Zaur USTAC,2017. Bakı.

4 dəfə oxundu

Axtarış