Eşqimi
Müəllif: Rizvan Cəfərli


14.10.2017



Hələ bəsləyirəm nə vaxtdan bəri,
Balaca körpə tək sənə eşqimi.
Yadigar saxladım, hey əzizlədim,
Qoymadım közərə, sönə eşqimi.

Bilmə bəxtəvərəm, sənsiz ucaldım,
Ümid baş aldatdı, sənsiz qocaldım.
Qəlbimdə ömürlük qəfəsə saldım,
Qoymadım danışa, dinə eşqimi.

Bir an da xəyalım sənsiz olmadı,
Rizvan gəzmədiyi diyar qalmadı.
Özgə bir kimsəyə mehir salmadı,
Ağlatdım,sızlatdım yenə eşqimi.
13.10.2017 R.C

11 dəfə oxundu

Axtarış