Etiraf
Müəllif: Mükafat Yaqub


21.03.2020


Mükafat Yaqub
Etiraf

Başıma gələnə bax,
İllərin bu üzündə.
Günü- günə satmışam,
Sən demə öz gözümdə.

Dağa qalxıb daş oldum,
Elə bildim baş oldum.
Çox hikmətə çaş oldum,
Əridim öz-özümdə.

Qismətə bel bağladım,
Taleyimə ağladım.
Hey özümü tovladım,
Qıvrıldım öz közümdə.

Ömür bircə an imiş,
Dərdlərə üsyan imiş.
Yanan quru can imiş,
Qalmayan bu dözümdə.

Sabah açılır sabah,
Bu günü bilmə matah.
Hamıya olsun agah,
Günahlar həp özümdə!..

Mükafat Yaqubov

11 dəfə oxundu

Axtarış