Əyyub Məmmədov – Zəfər savaşı
Müəllif: YAZARLAR.AZ


28.01.2021





Zəfər savaşı

Başladı Vətənin zəfər savaşı,

Yağdı göydən yerə mərmi yağışı

İgidlər davaya hey tələsirdi,

Hamı vətən üçün bir müsəlləhdi.

Elin mərd oğulları səfərbər oldu!

Düşmənə toy-divan, onda tutuldu

Partladı silahlar, gurladı toplar,

Vətən torpaqları azad olundu.

Nə oğullar qorxdu, nə də analar

Güc alıb irəli, dedilər onlar.

Düşmən üzərinə şimşəktək çaxıb,

Adın haqq savaşı qoydular onlar.

Döyüş meydanında verildi cavab

Məhv oldu yağı, gücü qalmadı.

Cıdır düzündə yallı gedənlər,

Əbədi rədd oldu, izi qalmadı.

İllərin əsiri, doğma Qarabağ,

Sevinc göz yaşları axıtdı o an

Alnına çəkilmiş qara ləkəni,

Silmişdi şərəfli Vətən əsgəri.

Müəllif: Əyyub Məmmədov – jurnalist, şair.


TƏQDİM EDİR: Zaur Ustac


YAZARLAR.AZ

===================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN ŞEİRLƏRİ KİTABI – BÜTÜN HƏRFLƏRƏ AİD ŞEİRLƏR

5 dəfə oxundu

Axtarış